www.sinerjipro.net

SinerjiProWide
Reklam

2016-cı ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 1,5% üstələyərək 30,2 mlrd. manata bərabər olub.
Dövlət Statistika Komitəsindən Yenicag.Az-a verilən məlumata görə, istehlakçılara 15,1 mlrd. manatlıq və ya 2015-ci ilə nisbətən real ifadədə 2,1% çox ərzaq məhsulları, içkilər və tütün məmulatları, 0,8% çox qeyri-ərzaq məhsulları satılıb.

Hesabat ilində məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2015-ci ilə nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 30 190,3 101,5
o cümlədən:
ərzaq məhsulları, içkilər və tütün məmulatları 15 077,4 102,1
toxuculuq məhsulları, geyim və ayaqqabılar 5 244,8 100,9
elektrik malları və mebel 1 912,9 101,5
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 234,8 101,4
əczaçılıq və tibbi mallar 419,8 101,9
avtomobil yanacağı 1 681,5 98,4
digər qeyri-ərzaq məhsulları 5 619,1 101,4

Hesabat ilində istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebelin, 5,6 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,6 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2016-cı ildə istehlak məhsullarının 10,9 faizi hüquqi şəxs statuslu müəssisələr, 55,7 faizi fərdi sahibkarlar tərəfindən, 33,4 faizi isə bazar və yarmarkalarda satılıb.

Hesabat ilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  261 manat və ya 2015-ci ilin müvafiq göstəricisindən nominal ifadədə 36,1 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 130,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 130,7 manatlıq qeyri-ərzaq məhsulları alıb.

 

Yenicag.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 24
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."