!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əhaliyə beş ildən bir pullu deputat yardımı deyil, becərməyə münbit torpaq lazımdır”

!Reklam – Yazi

12167917_10206722019961878_1930445664_n Seçkilərə bir aydan az vaxt qalır. Namizəd olduğunuz 92 saylı Zərdab-Ucar seçki dairəsində seçki mühiti, seçicilərin seçkiyə münasibəti sizi qane edirmi?

Biz Ümid partiyası olaraq parlament seçkilərinə uzun müddətdir ki, hazırlaşırdıq. Partiya sədri qarşımıza seçki gününə qədər mərhələli həyata keçirilməsi gərəkən vəzifələr qoymuşdu. Sevinirəm ki, mən bu gərgin siyasi prosesdə bütün vəzifələri yerinə yetirən bir neçə namizəddən biri oldum. Bu gün də əziyyətimin bəhrəsi olaraq, eyni zamanda, Zərdab rayon təşkilatımızın üzvlərinin peşəkar yanaşması və dəstəyi sayəsində namizədliyim təsdiq olunub. İmzatoplama kampaniyasında çətinliyimiz olmayıb. 538 imzanı 2 gün ərzində toplayıb, dairəyə ilk biz təqdim etmişik. 509-u etibarlı hesab edilməklə 17 sentyabrda namizədliyim təsdiq olunub. Zərdab-Ucar dairəsində ilk, respublikada İqbal Ağazadədən sonra ikinci namizədliyi təsdiq olunan namizəd mənəm. Seçki ab-havası rayonda hiss olunur. Rayonun küçələri boyunca 1 noyabr Milli Məclis seçkilərini təbliğ edən posterlər və digər təbliğat vasitələri vurulub. Seçicilərlə söhbətlərdə onların seçki haqda məlumatlı olduğunun, namizədlərin kimliyi ilə maraqlandığının şahidi olmuşam. Sadəcə, əksəriyyət elə düşünür ki, səsvermənin nəticələrindən asılı olmayaraq, namizədlər təyin edilir. Bu, məyusedicidir. İnsanlar seçiminin önəmsizliyini aşkar şəkildə dilə gətirirlər. Halbuki, onlar hamılıqla seçkiyə qatılsalar, nəticələri saxtalaşdırmaq mümkün olmaz.

– Millət vəkili seçiləcəyiniz halda siz də bəziləri kimi millətin “başında” olacaqsınız, yoxsa xalqın problemləri ilə baş-başa görəcəyik sizi? 92 saylı dairə üçün, ümumiyyətlə, Azərbaycanımız üçün görəcəyiniz işlər, atacağınız ilk addımlar hansılardır?

Deyirlər, vəzifənin çox güclü enerjisi var. Zəif adamlar bu enerjiyə yenilir, oturduqları kürsünün əsirinə çevrilirlər. Mən özümü güclü insan kimi tanıyıram. Düşünürəm ki, millət vəkili kimi sanballı və məsuliyyətli vəzifənin də enerjisini üstələyəcək qədər güclü xarakterə malikəm.

Millət vəkilinin başlıca vəzifəsi qanunverici orqanda insan haqları və azadlıqlarını təmin edəcək, onların sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq qanunların qəbul olunmasında, ölkə əhəmiyyətli məsələlərdə qərarların qəbul olunmasında aktiv rol almaqdır. O ki qaldı namizəd olduğum 92 saylı Zərdab-Ucar rayonları üçün platformamda da yer alan planlara, onları da sizinlə bölüşüm. Bu ərazidə millət vəkili olaraq ölkənin qanunverici orqanında bölgəni layiqincə təmsil etmək üçün əlimdən gələni edəcəyəm. Bundan əlavə, peşəkarlarla əməkdaşlıq edib, regionların inkişafı programı çərçivəsində Zərdab rayonunun potensialının yenidən dəyərləndirilməsi, bölgə üçün hazırladığımız yeni layihələrin həyata keçirilməsi, yerli məmur və əhali münasibətlərində ortaya çıxan mümkün problemlərin aradan qaldırılmasında yaxından iştirak etmək, ən əsası isə aztəminatlı ailələrə dövlət qayğısının artırılması, işsizliyin maksimum aradan qaldırılmasına çalışacağıq.

Bölgənin iş adamlarına dəstək və hüquqi yardım üçün resurs mərkəzlərinin, açılması, sahibkarların mənsub olduqları bölgəyə və əhaliyə qarşı sosial məsuliyyət aksiyalarının artırılması və bunun ənənə halına gətirilməsi yönündə fəaliyyətlər nəzərdə tutmuşuq. Təəssüf ki, ölkəmizdə az sayda holdinq və şirkətlər sosial məsuliyyətli aksiyalar keçirir. Halbuki, dünya praktikasında bu fəaliyyət əhali arasında ən təsirli reklam vasitəsidir. Üstəlik, bəzi xarici ölkələrdə şirkətlərin bu tipli aksiyalar keçirməyi müəyyən normativlərlə tənzimlənir. Ona görə də biz rayonda sosial məsuliyyətli aksiyaların keçirilməsini də ənənə halına gətirəcəyik.

İstənilən dövlətin inkişafı savadlı əhalisindən asılıdır. Zərdab və Ucar məktəblilərinin ali məktəblərə hazırlığının yaxşılaşıdırılması üçün tədris, qadınlar üçün resurs mərkəzlərinin açılışına,

kəndlilərin əsas dolanışıq mənbəyi torpağın daha rahat becərsin deyə, kənd təsərrüfatı üçün istifadəyə yararsız torpaqların münbitləşməsi üçün layihələrin işlənməsinə çalışacağıq.

Bütün yuxarıda göstərilən məsələlərin əksəriyyətini həyata keçirmək üçün əhaliyə könüllülük prinsiplərinin aşılanması, rayonun inkişafına hər bir sakinin töhfəsinin əhəmiyyətinin çatdırılmasını təşkil edəcəyik.

Bölgədə tələb olunan ixtisaslar üzrə gənclərin düzgün yönəlməsinə kömək məqsədilə yerli icra orqanları ilə gənclər arasında görüşlərin təşkilini həyata keçirəcəyik.

Yerli idarəetmənin təkmilləşdirilməsi üçün öyrənilmiş xarici təcrübənin ölkəmizdə effektli tətbiqinin həyata keçirilməsi işində iştirak edəcəyik.

Cəmiyyətdə iqtisadi sıxıntıların daha da kəskinləşdiyi zamanda ailə və şəxsi büdcə planlaşdırılması sahəsində əhalinin maarifləndirilməsi üçün iqtisadi ekspertlərin rayonda təlim günlərinin təşkili, vətəndaşların maliyyə vasitələrindən səmərəli istifadə etmələri üçün maarifləndirmə seminarlarını keçirəcəyik.

Turizmin inkişafı üçün Zərdabın Kürsahili ərazisində istirahət mərkəzlərinin yaradılması və bu infrastrukturun inkişafı üçün məqsədyönlü işlərin görülməsi də platformamıza daxildir.

Bütün sadalananlar üçün ciddi iş planı, peşəkarlar və istək tələb olunur. Seçilsəm, bu işləri görməklə insanlara xidmət edəcəyimi düşünürəm.

– Azərbaycan seçicisi daha çox praqmatik düşünür. Seçki öncəsi hər hansı bir pullu namizəd gəlib ona maddi dəstək olsa, onun həmin namizədə səs vermə ehtimalı daha böyükdür. Bu sizi qorxutmur ki?

Qorxutmur, amma məyus edir. Mən təbliğat dövrümdə əhalinin etimadını qazanacağıma inanıram. Çünki, yerli əhali ilə söhbətlərimdə görürəm ki, insanlar artıq beş ildən bir, birdəfəlik

yardımın önəmsiz olduğunu anlayır. Onlara daimi iş yerləri, təhsilli gənclər və becərməyə münbit torpaq lazımdır.

Xalqın səsini qazanmaqda daha çox özünüzə günənirsiz, yoxsa təmsil olunduğunuz siyasi düşərgənin güc və nüfuzuna?

Əvvəl özümə güvənirəm. Partiya bu dairədən namizəd olacağıma qərar verəndən sonra təşkilat sədrimizlə görüşdüm. O, illərdir siyasətlə məşğul Qarabağ qazisi, mən isə siyasətə yeni gəlmiş bir şəhərli yazar. Onun tərəddüdlü baxışları on beş dəqiqəlik söhbətdən sonra dəyişdi. O mənim səmimiliyimə, əhaliyə xidmət etmək həvəsimə, bu işi bacaracağıma inandı. O gündən Zərdab Ümidçiləri mənə peşəkarcasına dəstək oldu. Elə bir Zərdablı ya Ucarlı olmayıb ki, onunla söhbətimdən sonra mənim namizədliyimə tərəddüdlə yanaşsın. Təbliğat vaxtında süni əngəllər törədilməsə, əhali ilə görüşlərimdə onların sevgi, etimad və səslərini qazanacağıma əminəm. Təbii ki, partiyamızın istifadəm üçün təqdim etdiyi resurslar təbliğatımı daha da təsirli edəcək. Noyabrın 1-i seçki günü 92 saylı dairədə demokratik seçki olsa, qalib olacağam. Buna əminəm. Bu dairə üçün mövcud namizədlərdən ən çox layiq olan özüməm. Bunu heç bir tərəddüd olmadan, əminliklə deyirəm.

-Maraqlıdır, Günel xanım özü kimə səs verəcək?

Seçki günü Zərdabda olacağam. Ona görə də qeydiyyatda olduğum 24 saylı Nizami birinci dairəsində səs vermək imkanım olmayacaq.(newsbaku.info)

www.yenicag.az

693
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv