Əhəd Abıyevə qarşı ağır korrupsiya ittihamları

Müəllif: Baş Redaktor

Baş Redaktor

1453368367_1453361139_0001Son günlər Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bu və ya digər hadisələrlə ölkə mediasının gündəminə gəlməkdədir.
Özünə yerlisi Fərhad Əliyev kimi “Hamı yerli mal alsın, xeyir Vətənə qalsın” devizi seçən Abıyevin “Nazlifan” alması belə mediada əsas xəbər olaraq yayımlandı.

Siyasi fəaliyyətində daima medianın maraq obyekti olan Daşkəsənin şefi ilə bağlı Azerinfo.org-a daha bir maraqlı məlumat daxil olub.

İdarə rəhbərləri qan ağlayır

Daxil olan məlumatda qeyd edilir ki, Daşkəsən rayonu dövlət tərəfindən unudulub və burada Əhəd Abıyevin insanlara qarşı təzyiqləri dözülməz həddə çatıb.

Məlumatda vurğulanır ki, daşkəsənlilər Əhəd Abıyevin rayondan getməsi üçün hər gün dualar etməkdədirlər. Çünki əvvəllər sürücüsü olmuş, indi isə ordenli Namiq Süleymanovun əli ilə Daşkəsəni yeyib, talamaqdadır. Daxil olan məlumata görə, N.Süleymanov hər ay idarə və müəssisələrdən 500-1000 manat arası “bac” yığır.

Yaşıllıq və mənzil komunal təsərüfat sahəsinin işçilərinin 50 faizi isə Əhəd Abıyevin rayonun mərkəzində tikdirdiyi 3 mərtəbəli obyektində işləyirlər.

“Rayon batıb gedir, başçı isə idarələrin işçilərini öz obyektində pulsuz işlədir. Bakıda milyonluq villa tikdirdi, ticarət obyektləri, bahalı avtomobillərinin sayı-hesabı yoxdu. Görəsən bu Əhəd Abıyevin neçə illərdi sürücüsü işləmiş şəxs birdən-birə necə oldu savadlandı, ordenli-medallı müavinə çevrildi və milyoner oldu? Yəqin birdən-birə lotereyada 10 milyon udub”-deyə, redaksiyamıza daxil olan məktubda belə deyilir.

Əhəd Abıyevin “Qəmlo”su və saz arkadaşları

“Özünü Dağlar kralı adlandıran Əhəd Abıyevin “Qəmlo”su rayonda at oynadır, dövlətə meydan oxuyur”-qeyd edilən xəbərdə daha sonra vurğulanır ki, Əhəd Abıyev Dəmir filizi kombinatını direktoru Ələddin Sadıqovla da əlbirdir və bu şəxsin həyat yoldaşını baxça müdirəsi, qardaşını isə su idarəsinə müdir təyin edib. Ələddin Sadıqovla birlikdə daş karxanası və mərmər kimi sərvətləri talamaqla məşğuldurlar.

Ə.Sadıqov Bakıda üçotaqlı mənzil, Gəncədə üçmərtəbəli villa və ticarət məntəqəsi, Daşkəsənin Xoşbulaq yaylağında 12 sotluq bağ evinə malikdir. Bu mal-mülkə yiyələnən Ə.Sadıqov məhz dəmir filizindən gələn milyonların hesabına varlanıb. Bu əlaqələrin genişlənməsində rayonun icra başçısı Əhəd Abıyevin rolu var.

Ə.Sadıqov səkkiz ildir ki, filiz yataqlarını alt-üst etməkdədir. Hətta başçı ilə birləşib 200 min ton dəmir filizi Gürcüstana aşağı qiymətə satdığı da vurğulanır.

Qaynağımız qeyd edir ki, dünya bazarında 50 dollardan yuxarı olan filizi 15 dollardan qonşu respublikadakı firmaların birinə satıb. Həmin gürcü firması isə malları Ermənistana satıb. Daşkəsəndə qeyri-rəsmi səlahiyyətlərə sahiblənən mədən direktoru bu imkanlardan istifadə edərək öz həyat yoldaşını uşaq bağçasına direktor təyin etdirib.

Bu əməliyyat nəticəsində 100 milyondan çox vəsait əldə edilib ki, dövlət büdcəsinə bir qəpik də daxil olmadığı iddia edilir. Xəbərdə bildirilir ki, Ə.Sadıqov bununla yetmir, bir il ərzində 7 bahalı avtomobili yaxınlarının adlarına rəsmiləşdirərək alır.

“Gəncə-Daşkəsən yoluna 5 ildir ki, bir ovuc asfalt örtüyü salınmayıb. Ancaq saxta sənədlərlə milyonları mənimsəyirlər. Ona görə də yol idarəsinin müdiri 70 min manat dəyərində avtomobil sürür”-deyə iddia edilən xəbərdə daha sonra qeyd edilir ki, Daşkəsən şəhər İƏDÜ Nümayəndəsi Nüsrət Vəliyev Bakıda və Qazax rayonunda milyonluq villalar tikdirməklə yanaşı, eyni zamanda da Gəncə şəhərində yüksək mərtəbəli və yeni tikinlmiş yaşayış binasında 100kv m sahəsi olan mənzil alıb.

Məlumatda daha sonra qeyd edilir ki, Nüsrət Vəliyevin məktəb direktoru olan həyat yoldaşı hər rüb 5-10 min manat dəyərində qızıl-ziynət əşyaları alır.

Əhəd Abıyev dam örtüyü ilə neçə yüz min sildi? 

Məlumatda o da bildirilir ki, icra başçısı Əhəd Abıyev və “Vüsel” şirkətinin rəhbəri Tahir Hüseynov Daşkəsəndə evlərin dam örtüyünü dəyişmək adı altında 1 milyon manat “siliblər”. Əhəd Abıyev rayon ayrılan vəsaitləri və daxili büdcədən ayırdığı pulları məhz Tahir Hüseynovun “Vüsel” şirkəti vasitəsi ilə həyata keçirir. Daha doğrusu icra başçısı ilə şirkət rəhbəri əl-ələ verərək büdcə pullarını “yuyurlar”.

Bildirilir ki, rayon mərkəzindəki bina evlərinin dam örtüklərinin və fasadlarının yenilənməsi üçün ayrılan 1 milyon manata yaxın vəsait icra başçısı Əhəd Abıyev tərəfindən mənimsənilib. Bildirilir ki, 1 milyonluq layihə daxili tenderlə Əhəd Abıyevin ortağı Tahir Hüseynovun «Vüsel» şirkətinə verilib.

Amma adı çəkilən şirkət bir neçə binaların dam örtüklərini dəyişməklə işini bitmiş hesab edib. Daxil olan məlumata əsasən ayrılan vəsaitin 50 faizini əvvəlcədən Əhəd Abıyev nəğdləşdirərək götürüb. Qalan vəsait isə «Vüsel» şirkətinin rəhbəri Tahir Hüseynov da daxil olmaqla bir neçə məsul şəxsin arasında bölüşdürülüb.

Ayrılan vəsaitin təqribən 200 min manatı nəzərdə tutulan işlərə sərf olunub. Qalan vəsait isə Tahir Hüseynov, Əhəd Abıyevin müavini Namiq Süleymanov və bir neçə digər məsul şəxs tərəfindən mənimsənilib.

Xatırladaq ki, “Vüsel” şirkəti Daşkəsən rayonunda Zağal-Kollu-Çıraqlı kəndlər arası yollarının tikintisini həyata keçirdib. Həmin yolun ümumi tikintisinə 13 milyon manat vəsait xərclənib.

Qeyd edək ki, redaksiyamızın elektron ünvanına göndərilən materiallar bu yazıdakı faktlarla bitmir. Araşdırdıqdan sonra həmin faktları da oxucularımızla bölüşəcəyik.

Göndərilən məlumatlarda iddia edilənlərlə bağlı adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Azerinfo.org


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır