Əhməd Şahidov: “Azərbaycanda erməni kilsəsi qorunduğu halda, …”

Müəllif: Redaktor

Editor

10-11-2016_640-460x307-300x200-1Noyabrın 10-da Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in “Etnik azlıqlar və onların inteqrasiyası” mövzusunda iki günlük konfransı öz işinə başlayıb. ATƏT üzvü olan 57 ölkənin səfir və diplomatları, habelə beynəlxalq təşkilatların nümayəndələri, hüquq müdafiəçiləri və media mənsublarının qatıldığı tədbirdə ATƏT coğrafiyasında yaşayan etnik azlıqların hüquqları və onların cəmiyyətə inteqrasiyası məsələləri müzakirə edilib.

Müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Azərbaycanda yaşayan çoxsaylı xalqlar barədə məlumat verib, multikulturalizm dəyərləri və Azərbaycançılıq ideologiyası haqqında danışıb. Azərbaycanın multikulturalizmin Vətəni olduğunu diqqətə çatdıran hüquq müdafiəçisi ölkədə yəhudi, alman, rus, ləzgi, avar, tat və ermənilərin sərbəst şəkildə yaşadığını da vurğulayıb.

Artıq 25 ildən çoxdur ki, Azərbaycanın ərazi bütövlüyünün pozulduğunu bildirən ADİHİ rəhbəri Dağlıq Qarabağ və digər ərazilərin Ermənistan tərəfindən işğal altında saxlanıldığını, buna baxmayaraq, ermənilərin Azərbaycanda rahat yaşadığını, hətta paytaxt Bakı şəhərinin mərkəzində erməni kilsəsinin dövlət tərəfindən qorunduğunu da diqqətə çatdırıb. Dağlıq Qarabağda mövcud olmuş məscidlərin, xüsusən də Şuşa və Ağdamdakı məscidlərin ermənilər tərəfindən dağıdıldığını deyən Əhməd Şahidov buna təəssüf etdiyini bildirib.

Daha sonra Gürcüstanda və İranda yaşayan etnik azərbaycanlılar barədə danışan hüquq müdafiəçisi onların hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə məlumat verib.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır