www.sinerjipro.net

SinerjiProWide
Reklam

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad ölkədə mayın 19-da keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməklə özünü diqqət mərkəzinə gətirib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Əhmədinejadın İranın ali dini rəhbəri Ayətullah Xamneyinin tövsiyəsinə məhəl qoymayaraq, prezidentliyə namizədliyini irəli sürməsi ölkədə geniş siyasi müzakirələrə səbəb olub.

İranda islahatçılarla intellektual mühafizəkarların indiki prezident Həsən Ruhaninin, mühafizəkarların isə sabiq baş prokuror İbrahim Rəisinin namizədliyini dəstəklədikləri halda, Əhmədinejadın səhnəyə çıxması ölkədə yeni situasiya yaradıb.

Bu barədə İranın rəsmi xəbər agentliyi İRNA-ya açıqlama verən ölkənin tanınmış ruhanilərindən olan Höccətülislam Möhsün Qareviyan bildirib ki, Əhmədinejadın prezidentliyə namizədliyini irəli sürməklə Xamneyinin tövsiyəsinə əməl etməməsi təhlükəli nəticələr doğura bilər:

“Xamneyinin fikirlərinin Əhmədinejad tərəfindən ayaq altına atılması son dərəcə təhlükəlidir. Bu addım məsuliyyətsiz davranışlara yol açacaq. Vəzifəli şəxsləri bu məsələ ilə məşğul olmağa çağırıram”.
Mühafizəkar cinaha mənsub olan sabiq millət vəkili İlyas Nadiran isə sosial şəbəkədə paylaşdığı statusda keçmiş prezidentin yenidən namizədliyini irəli sürməsini “Əhmədinejadın sonu” kimi dəyərləndirib.

Radikal mühafizəkarlardan ibarət Müqavimət Cəbhəsinə bağlı olan “Recanews” saytının rəhbəri Əli Nadiri isə Əhmədinejadın siyasət səhnəsinə təkrar qayıdış iddiasına “Bu gün ingilislərin qarmaqarışıq bir oyunu ilə üz-üzəyik” sözləri ilə reaksiya verib.

Bununla belə, namizədliyini irəli sürmək üçün ötən gün Daxili İşlər Nazirliyinə gedən Əhmədinejad jurnalistlərin “Namizəd olmayacağınızı demişdiniz” replikasına cavabında bunları deyib:

“Bakaini dəstəkləmək üçün namizədliyimi irəli sürürəm. Rəhbərə (Xamneyini nəzərdə tutur – red.) verdyim sözün üstündəyəm”.

Qeyd edək ki, İranda prezident seçkilərinə təqribən 1 ay qaldığı müddətdə namizədliyini irəli sürən iddialıların sayı 287-yə çatıb. Namizədlərin yekun siyahısı aprelin 26-da Konstitusiya Mühafizləri Şurası tərəfindən təsdiq olunacaq.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 45
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."