!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əkin torpaqlarında obyekt tikənlər cərimələnib

!Reklam – Yazi

15b83b15-7295-45bf-b414-d4edfc93a124Azərbaycan Respublikasının Prezidentinin torpaq sahələrinin, hüquqi rejiminə uyğun və təyinatı üzrə istifadəsi, bu sahədə aşkar edilən pozuntulara qarşı mübarizə aparılması ilə bağlı tapşırıqlarına əsasən Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət müfəttişləri tərəfindən monitorinqlər keçirilir. Məqsəd torpaq ehtiyatlarından səmərəli, məqsədli və qənaətli istifadənin təmin edilməsi, qanunazidd və əsassız istifadə hallarının qarşısını almaqdır.

21 aprel 2016-cı il tarixində Əmlak Məsələləri Dövlət Komitəsinin torpaq müfəttişləri tərəfindən növbəti dəfə Səbail, Abşeron və Xəzər rayonlarında torpaq reydləri və monitorinqləri aparılıb. Monitorinqlər nəticəsində Səbail rayonunda dövlət mülkiyyətində olan 23 hektar torpaq sahəsində qanunsuz olaraq və hüquqi əsası göstərən heç bir sənəd olmadan özbaşına tikinti aparılması halları aşkarlanıb və qarşısı alınıb. Komitənin müfəttişləri Abşeron və Xəzər rayonlarında monitorinqlər keçiriblər. Məlum olub ki, müxtəlif şəxslər tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qeyri-yaşayış və müxtəlif məqsədli ilkin tikinti işləri aparılıb. Abşeron rayonunda Novxanı və Mehdiabad qəsəbələrində vətəndaşların mülkiyyətinə verilmiş pay (əkin) torpaqlarında təyinatına zidd olaraq obyektlərin inşasının qarşısı alınıb. Xəzər rayonunun Zirə və Türkan qəsəbələrində də torpaqların kənd təsərrüfatı təyinatlı olmasına baxmayaraq aparılan qanunsuz tikinti işləri dayandırılıb. Bu hallarla kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan torpaq sahələrinin istifadəsi ilə bağlı torpaq qanunvericiliyinin tələbləri kobud şəkildə pozulub. Qeydə alınan pozuntu halları ilə əlaqədar tədbirlər görülüb, cərimələr və sanksiyalar barədə inzibati protokol və aktlar tərtib edilib.

Qeyd edilməlidir ki, komitə tərəfindən torpaqların hüquqi rejiminə uyğun istifadəsi ilə bağlı paralel olaraq respublikanın digər şəhər və rayonlarında da monitoriqnlər aparılır. Qarşıdakı dövrdə belə pozuntuların baş verməməsi məqsədilə Komitə tərəfindən qabaqlayıcı tədbirlər davam etdiriləcəkdir.
2016-cı ildə torpaq müfəttişləri tərəfindən respublikada 480-dən çox qanunvericiliyin tələblərinin pozulması halı aşkar edilib. Ümumilikdə isə torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti ilə bağlı indiyədək 929 hal üzrə hüquqi və fiziki şəxslərə xəbərdarlıq edilib, 230 halla bağlı inzibati protokol tərtib edilib. 170 halla bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul olunub.
Belə tədbirlərin nəticəsində torpaqların məqsədli dövriyyəsinə qaytarılması təmin ediləcək. Təyinatına zidd istifadədə olan torpaqlar qanunauyğun şəkildə yenidən iqtisadi dövriyyəyə cəlb ediləcək.
Komitə tərəfindən Torpaqların Elektron Uçotu Sisteminin yaradılması üzrə işlər də davam etdirilir. Sistemdə torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri ilə yanaşı, onların hüquqi rejimi ilə bağlı məlumatlar da əksini tapacaqdır. Torpaqların təyinatı, kateqoriyası və istifadəsi bağlı məlumatlarda dəyişiklilər baş verdikdə Sistemdə də bu məlumatlar yenilənəcəkdir.

Qeyd edək ki, komitə tərəfindən Bakı və regionlarda torpaqlardan əsassız və qanunvericiliyə zidd istifadə halları ilə bağlı mütəmadi monitorinqlər aparılır. Reyd və monitorinqlər göstərir ki, torpaqların təyinatı və mühafizə zonaları (yüksək gərginlikli elektrik xətləri, dəmir yolları, neft, qaz kəmərləri və s.) ilə bağlı tələblər bir çox hallarda pozulur. Torpaqların ayrılmasında qanunsuzluqlara yol verilir, əsassız olaraq torpaqların kateqoriyası dəyişdirilir, torpaq sahələri zəbt olunaraq hasarlanır, müxtəlif məqsədli tikintilər aparılır.

Xatırladaq ki, torpaqlardan təyinatsız istifadə, torpaq üzərində mülkiyət, icarə və istifadə hüquqlarının pozulması ilə bağlı cəzalar, cərimələr sərtləşdirilib. İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə əsasən sahilboyu mühafizə zolaqları, vəzifəli şəxslər tərəfindən torpaq ayırma ilə bağlı verilən qanunsuz qərarlar, özbaşına tikintilər ilə əlaqədar cərimələr təyin edilib. Bəzi pozuntulara görə isə, inzibati tədbirlərlə yanaşı cinayət məsuliyyəti də nəzərdə tutulub. Qanunsuzluqlara yol verənlər 8-10 min manat cərimə və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

www.yenicag.az

532
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv