Əkrəm Əylisli üç il həbs oluna bilər

Əkrəm Əylisli üç il həbs oluna bilər

Müəllif: Redaktor

Baş Redaktor

img2059025Bu gün yazıçı Əkrəm Əylisli istintaqa çağırılıb.

Bu barədə Ə.Əyslislinin vəkili Elçin Sadıqov məlumat yayıb.

Vəkil bildirib ki, o yazıçı ilə birlikdə Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin istintaq şöbəsində olub: “Əkrəm Əylisliyə qarşı CM-nin 221.1-ci maddəsilə qaldırılmış cinayət işi CM-nin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edildi. Həmin maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. CM-nin 315.1-ci maddəsilə istintaq aidiyyəti prokurorluq olduğundan cinayət işi istintaq davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna göndərildi”.

Qeyd edək ki, Ə.Əylisli barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Yazıçı 30 mart 2016-cı il tarixində Heydər Əliyev Beynəlxalq Hava Limanında Dövlət Sərhəd Xidmətinin əməkdaşı Nihal Seyidovun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurmaqda təqsirləndirilib.

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti