www.sinerjipro.net

SinerjiProWide
Reklam

deputatin qardasi fon qeza (1)Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Əliqulu Nərimanov və Əzizbəyov küçələrinin kəsişməsindəki işıqforda baş verib.

Belə ki, “Opel” markalı, 99 EU 568 dövlət qeydiyyat nişanlı avtomobillə “Hyundai” markalı, 50 CM 558 dövlət qeydiyyat nişanlı mikroavtobus toqquşub. Nəticədə mikroavtobus yoldan çıxaraq aşıb.

“Opel”in sürücüsü Valeh Saleh oğlu Osmanov yüngül xəsarət alıb və Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Mikroavtobusun sürücüsü Anar Ağalı oğlu Şeydayev isə xəsarət almayıb. Hər iki şəxs Quba şəhər sakinidir.

Qeyd edək ki, Valeh Osmanov Milli Məclisin sabiq deputatı Hikmət Osmanovun qardaşıdır.

 

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 161
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."