www.sinerjipro.net

SinerjiProWide
Reklam

C5204790-B4A8-4DD5-8D7A-63DBA045CCDF_mw1024_s_nAyaz Mütəllibov: “Xocalıda dəhşətli dərəcədə soyqırımın baş tutmasına heç kim inanmırdı”

Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimat mərasimində çıxışı zamanı sabiq prezident Ayaz Mütəllibov haqqında da fikir bildirib: “Mütəllibov Xocalı faciəsinin baş verəcəyini əvvəlcədən bilirdi…”

Sabiq dövlət başçısı Ayaz Mütəllibov isə Yenicag.az-a açıqlamasında özü haqqında söylənilən bu fikirlərin həqiqəti əks etdirmədiyini bildirdi: “Dəfələrlə Xocalı faciəsilə əlaqədar verdiyim müsahibələrimdə orada baş verən hadisələrə münasibətimi bildirmişəm. Artıq bir şey də deməyə ehtiyac duymuram. Bilmirəm, niyə hərbi prokuror olan şəxs bu açıqlamanı verir. Ona açıqlama da deyə bilmərəm. Çünki biz də, hamıda bilirdi ki, müasirədə qalan Xocalı və Şuşa o zaman çox ağır vəziyyətə düşmüşdü. İndi bunu sözlə deməyə ehtiyac duymuram. Ancaq ətrafımda olan güc nazirləri “1992-ci il fevralın 25-i axşam saat 11-ə işləmiş milli təhlükəsizlik naziri İlhüseyn Hüseynov və daxili işlər naziri Tofiq Kərimov həyəcanlı vəziyyətdə yanıma gəldilər və Xocalıda belə bir hadisənin baş verdiyini dedilər. Həmçinin, dəqiq məlumatlarının olmadığını bildirdilər. Dedim nə baş verdiyini dəqiqləşdirin və mənə xəbər edin. Yarım saatdan sonra dedilər ki, orada kütləvi qırğın olub, həlak olanlar çoxdur. Dərhal Dağlıq Qarabağ Vilayətinin İcraiyyə Komitəsinin sədrinə zəng edib soruşdum ki, belə məlumat almışam. Bu nədir? Bu nə vəhşilikdir edirsiniz? Heç faşistlər belə vəhşilik etməyib, siz nə edirsiniz? O isə dedi ki, nə danışırsınız, buradan insanlar gedib, Xocalıda adam qalmayıb. Bir qismi qalıb, onları da indi yedizdiririk. Fevralın 25-dən 26-na keçən gecə bu xəbəri aldıq. Ondan sonra hadisələrin gedişaatı dəqiq məlum oldu. Ancaq qabaqcadan nə mən, nə Nazirlər Sovetinin özündə çox-çox adamlar Xocalıda dəhşətli dərəcədə soyqırımın baş tutmasına heç kim inanmırdı”.

 

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 79
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."