www.sinerjipro.net

SinerjiProWide
Reklam

Dünya Bankı (DB) 2017-ci ildə Azərbaycanda orta illik inflyasiyanın 5 faizədək azalacağını proqnozlaşdırır. Bu barədə DB-nin yenilənmiş “Azerbaijan Partnership Program Snapshot” hesabatında deyilir. DB bildirir ki, bu il orta illik inflyasiyanın azalmasına bazardakı məhdud likvidlik səbəb olacaq.

Xatırladaq ki, 2016-cı ildə Azərbaycanda orta illik inflyasiya 12,6 faiz təşkil edib.

Məsələ ilə bağlı Yeniçağ.az-a açıqlamasında Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli DB-nin Azərbaycanda inflyasiyanın cari il üçün 5 faiz həddində olacağı ilə bağlı verdiyi proqnozunu qəbul etmədiyini bildirdi:

“Cari ilin ilk rübündə ölkədə inflyasiya tempi sözsüz ki, bir qədər zəifləyib. Amma bununla belə bütün hallarda düşünmürəm ki, 2017-ci ildə inflyasiyanın həcmi Dünya Bankının açıqladığı rəqəmlərə uyğun olsun. Fikrimcə, avqust-sentyabr aylarından etibarən Azərbaycanda yenidən inflyasiyanın tempi intensiv xarakter almağa başlayacaq. Çünki ölkədə manatın sabitləşdirilməsi istiqamətində əsaslı tədbirlər görülmür. Hökumətin bu istiqamətdə gördüyü tədbirlər də uzaq hədəflər üçün nəzərdə tutulmayıb. Bu fonda inzibati üsullarla inflyasiyanı cilovlamaqla uzağa getmək mümkün olmayacaq. Bu yolla inflyasiyanı ancaq müvəqqəti olaraq cilovlaya biləcəklər. Ona görə də cari il üçün inflyasiyanın 5 faiz həddində olacağı ilə bağlı DB-nin proqnozlarına inanmıram. Hökumətin keçən il üçün elan etdiyi 12 faizlik inflyasiya da əslində, reallığı əks etdirmirdi. DB-nin bu açıqlamasının hansı metodologiyaya əsaslandığını bilmirəm. Amma görünən odur ki, 5 faizlik inflyasiya həddi mövcud reallıqlara uyğun deyil. 2017-ci ildə Azərbaycanda inflyasiyanın həddi 10 faizin üstündə olacaq”.

ELÇİN

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 44
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."