www.sinerjipro.net

SinerjiProWide
Reklam

11866432_10206381153599421_1485078306739825677_n“Bu günlədə Mərkəzi Bank bankların faiz dərəcələrinin aşağı düşməsini stimullaşdırmaq məqsədilə bir sıra yeni qərarlar qəbul edilib. Bu qərarın hədəfində bankların əməliyyat xərclərin optimallaşdırılması olsa da indiki şərtlərlə faiz dərəclərinin aşağı düşəcəyi inandırıcı görsənmir Çünki, banklar yüksək faiz dərəcələrinə risklərin idarə edilməsi siyasətinin tərkib hissəsi kimi baxırlar”.

Bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu şəxsi facebook səhifəsində qeyd edib.

Ekspert qeyd edir ki, faiz dərəcələrinin yüksək olmasını şərtləndirən başlıca amil inflyasidır.

maxresdefault

“Rəsmi statistik məlumatlara inansaq, bu ilin yanvar-iyul aylarında inflyasiya (istehlak mallarının qiymətləri və xidmət tarifləri)3,7 faiz olub, o cümlədən ərzaq məhsullarının qiymətləri 5,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,9 faiz, xidmət tarifləri isə 1,2 faiz bahalaşıb. Mərkəzi Bank hələ ötən ilin sonunda bəyan etdiyi 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə sənəddə car ildə inflyasiyanı 2-3% səviyyəsində hədəfləyib. Lakin bəzi beynəxlalq təşkilatlar bu il üçün Azərbaycanda daha yüksək inflyasiya proqnozlaşdırırlar. Belə ki, Azərbaycan üzrə 2015-ci il üçün inflyasiya proqnozunu Beynəlxalq Valyuta Fondu 8,5 faiz, Moody ‘s kredit-reytinq agentliyi 9 faiz elan edib”-deyə iqtisadçı ekspert qeyd edib.

Qubad İbadoğlu gələn mövsümlərdə qiymətlərin daha yüksək olacağını vurğulayır.

“Yay aylarında mövsümi amillərlə əlaqədar olaraq xüsusilə də kənd təsərrüfatı məhsullarının qiymətində ucuzlaşma qeydə alınsa da, son qiymətləndirmələr payız və qış aylarında daha yüksək inflyasiya gözləntisinin olduğunu göstərir. Çünki, artıq mövsümi amillər qiymətlərə artırıcı təsir göstərməyə başlayıb. Bununla yanaşı, ərzaq bazarında hökmran mövqeyə mailk olan şirkətlər yeni qiymət siyasəti ilə daha yüksək inflyasiyanı stimullaşdırırmağa başlayıblar. Odur ki, həm biznes və həm də istehlakçılar yeni inflyasıya dalğasına hazır olmaldır. İnflyasiyanın artımının yeni dalğası həm əhalinin və həm də biznesin xərclərini artırmaqla Mərkəzi Bankın kredit faizlərinin aşağı düşməsi ilə əlaqədar verdiyi son qərarlarının əhəmiyyətini də xeyli kiçildəcək və sosial vəziyyətin gərginləşməsinə xidmət edəcək”.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 29
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."