www.sinerjipro.net

SinerjiProWide
Reklam

2FB03CB4-5ACA-4C8B-83B0-947531575604_cx16_cy0_cw77_mw1024_s_n_r1Son günlər mətbuatda 2-ci devalvasiyanın olacağı ilə bağlı informasiyalar yayılmaqdadır. Bəzi ekspertlər növbəti devalvasiyanın qaçılmaz olacağını bildirirlər. Bəs növbəti devalvasiya ölkə iqtisadiyyatı üçün nələrə gətirib çıxaracaq?

Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov bu məsələni belə şərh etdi:

“Mərkəzi Bankın rəhbərliyinin bu yaxınlarda verdiyi açıqlamaya əsasən, neftin qiymətinin hətta 40 dollara qədər enəcəyi təqdirdə belə ölkənin tədiyyə balansı üçün kəskin disbalans gözlənilmir. Manatın ən azı bu ilin sonunadək növbəti dəfə ucuzlaşdırılması ehtimalı yoxdur. Lakin burada bir məqam var. O da bundan ibarətdir ki, dövlət büdcəsi gəlirlərində neftin 1 barelinin qiyməti məlum olduğu kimi 90 dollardan götürülüb. Neft Fondundan transfert baxımından bunun dəxli yoxdur. Məlumdur ki, büdcə gəlirlərinin də yarıdan çoxunu məhz DNF-dan transfert təşkil edir. Lakin iş ondadır ki, yerdə qalan vəsaitin də böyük hissəsi neft satışından əldə olunur. Bu dəfə Neft Şirkəti tərəfindən..Odur ki, AMB məcburdur ki, neftin qiyməti əlverişsiz olduqca ölkənin valyuta bazarına hər dəfə müdaxilə edərək dollar satıb manat həcmini götürsün. Buna misal olaraq, neftin qiymətinin ucuzlaşması prosesinin bir ara, dəqiq desək, bu ilin fevral və aprel aylarında sabitləşməsi fonunda Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları həcminin azalması tendensiyasının may və iyun aylarında dayanmasını göstərmək olar. İyul ayında qeyd olunan sabitliyin pozulması ilə AMB-nin ehtiyatları yenidən azalmağa başlayıb”-deyə iqtisadçı qeyd edib.

скачанные файлы (1)

 

Pərviz Heydərov deyir ki, manatın dəyərinin yenidən buraxılmayacağına zəmanət hər halda azdır. “Məsələ bundadır ki, buna indi də getmək olar. Lakin iş ondadır ki, fevralın 21-dəki qərarın fəsadları hələ də davam edir. Bunu bilavasitə bank sektorunda əyani görürük. Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatında öz “sözünü” məhz bank sistemində göstərdi. Bu isə AMB-in məlum qərarından sonra baş verdi.Ölkənin bank sektoru olduqca ağır durumdadır. Hələ yaxşı ki, manatın ucuzlaşdırılması istehlak qiymətlərinə təsir etmədi: hökumət bahalaşmanı saxladı.. Ona görə də manatın alıcılıq qabiliyyəti əhəmiyyətli dərəcədə azalmadı. Bunun sosial istiqamətdə də ciddi fəsadları ola bilərdi.Bütün bu deyilənlər baxımından, neftin qiyməti ilə əlaqədar manatın ikinci dəfə də ucuzlaşdırılmasına gedilərsə, bank sistemi iflasa uğraya, sosial istiqamətdə isə kəskin fəsadlar ortaya çıxa bilər”.

скачанные файлы (2)

İqtisadçı ekspert Qubad İbadoğlu isə qeyd edir ki, ikinci devalvasiyanın baş verməməsi üçün iqtisadi şərtlər hələ də formalaşmayıb. İqtisadçı bildirir ki, hazırkı iqtisadi situasiya və neftin dünya bazar qiymətlərinin indiki səviyyəsində belə bir qərarın hər an verilməsini şərtləndirə bilər. “Eyni zamanda son günlər Rusiyada rublun yenidən ucuzlaşması Azərbaycanda valyuta bazrına da psixoloji təzyiqləri artırmaqdadır. Lakin, siyası səbəblərdən hökümət devalvasiyaya hazır deyil. Gözlənilən seçkilər ərəfəsində bunun baş verməsi sosial gərginliyin artmasına gətirib çıxara bilər. Digər tərəfədən də 1-ci devalvasiya göstərdi ki, Azərbaycanın bank və maliyyə sistemi, bütövlükdə isə Azərbaycan iqtisadiyyatı belə şoklara hazır deyil. Yenidən devalvasiya bankl sisteminin şökməsini daha da sürətləndirə bilər. Ona görrə da Mərkəzi Bank bank sisteminin kapitallaşmasının təşviq olunmasına çalışmalı və onları bu prosesə hazırlamalıdır”.

Kamran Ədalətoğlu

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 107
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."