yenicag.az
yenicag.az

“EL-1″ İdman Təşkilatı İslam Həmrəylik Oyunların təbliğatına başladı

“EL-1″ İdman Təşkilatı İslam Həmrəylik Oyunların təbliğatına başladı

Müəllif: Redaktor

Editor

14051750_1395743293774100_4779478739708767299_nEL-1 IDMAN TƏŞKİLATININ IV İslam Həmrəyliyi Oyunlarının təbliğat tədbiri keçirildi.

XALQ.AZ-ın məlumatına görə,Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilalarına Dövlət Dəstəyi Şurasının xüsusi dəstəyi və “Sobsan” və “Payim” şirkətlərinin tərəfdaşlığı ilə “EL-1” İDMAN TƏŞKİLATI IV İslam Həmrəyliyi Oyunlarının təbliğat kampaniyasını davam etdirir.

“EL-1” İDMAN TƏŞKİLATI –nın mətbuat xidmətindən verilən məlumata görə avqustun 26 –da Beynəlxalq Mətbuat Mərkəzində Ölkənin Birinci Xanımı, Mehriban Əliyevanın doğum gününə həsr olunmuş IV İslam Həmrəyliyi Oyunlarının təbliğat konfransı dövlət himnimizin səslənməsi ilə başlandı. Tədbiri giriş sözü ilə açan “EL-1” IDMAN TƏŞKİLATI-nın prezidenti Elçin Çobanzadə təbliğat kampaniyasının məqsədlərindən danışaraq bildirdi ki, bu günə qədər Azərbaycan bir sıra Beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. IV İslam Həmrəyliyi Oyunlarının ən yüksək səviyədə keçirilməsi üçün hər bir vətəndaş həmrəy olmalıdır. Ölkəmiz bu gün dünyada idmançılarımızın uğurları ilə tanınır. Dövlət başçımız cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət beynəlxalq tədbirlərin keçirilməsinə zəmin yaradır. Azərbaycanımıza dünya ölkələri böyük maraq göstərirlər, odur ki, hər birimiz əlimizdən gələni əsirgəməməliyik. İdman müasir dövrün diplomatik missiya daşıyıcısıdır. Belə ki, hər bir qələbədə bayrağımız dalğalanaraq himnimiz səslənərək bir daha dünyaya inkişaf yolumuzda olduğumuzu göstəririk. Daha sonra Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya təbrik müraciəti oxundu.

Tədbirdə iştirak edən İslam Həmrəylik Oyunlarının Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov öz çıxışında bildirmişidr ki, İslam Həmrəylik Oyunlarına ən yüksək səviyədə hazırlıq gedir, bunu mətbuatdanda izləyə bilərsiniz.

2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunların hazırlıq sürətlə həyata keçirilir. Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyeva oyunların keçirilməsi üçün tədbirlər planına uyğun lazımı işlər aparır.

Daha sonra tədbirdə çıxış edən Azərbacan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilalarına Dövlət Dəstəyi Şurasını icracı katibi Fərasət Qurbanov bildirmişdir ki, Bu tədbir İslam Həmrəylik Oyunlarının keçirlməsi üçün təbliğat xarakter daşısada bir növ maarifləndirici və məlumatlandırıcı missiya hətaya keçirir. İslam Həmrəylik Oyunlarının təbliğat tədbirində çıxış edən Azərbaycanda Səudiyyə Ərəbistan Krallığının səfirinin müavini çıxış edərək bildirmişdir ki, bu tədbirin keçirilməsi İslam Həmrəylik Oyunlarına hazırlıq işlərin ən yüksək səviyyədə getdiyinin göstəricisidir. Mən inanıram ki, oyunların Bakıda keçiriləməsi bir daha dünyaya sübüt edəcək ki, islam sülh və qardaşlıq dinidir. Hər birinizə ugurlar arzulayıram, deyə öz minnətdarlığını bildiridi.

Daha sonra tədbirdə “SOCAR” İnsan Resursları departamentinin rəisi Asif Bəkirli çıxış edərər bildirmişdir ki, ölkəmiz beynəlxalq tədbirlərin keçirilməsində yetərli qədər təcrübəyə malikdir və inanıram ki, İslam Həmrəylik Oyunlarını ugurla həyata keçirib idmançılarımız qalib olacaq.

Tədbirdə ABŞ-dan diaspora fəalı Nərminə Ağası, Niderlandan diaspora fəalı Regina Dahl, “Sobsan” və “Payım” şirkətinin nümayəndələri çıxış edərək İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsi sevindirci hal olduqlarını vurgulayıblar.

Sonda tədbir iştirakçılarına İslam Həmrəylik Oyunlarınının Əməlliyat Komitəsinin rəmzi hədiyyələri təqdim olunub.

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti