Elçin Behbudov vəfat etdi-Yenilənib

Müəllif: Redaktor

Editor

4O, gecə saat 01.00 radələrində dünyasını dəyişib.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə APA-ya komitədən bildirilib.

Məlumata görə, tanınmış hüquq-müdafiəçisi iki gün əvvəl səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilib.

Şəkərli diabet xəstəliyindən əziyyət çəkən E. Behbudov gecə saat 01.00 radələrində dünyasını dəyişib.

***

Dünən gecə vəfat edən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, tanınmış hüquq müdafiəçisi Elçin Behbudov bu gün Bakıda dəfn olunacaq.

Mərhumun ailə üzvlərindən AzNews.az-a verilən məlumata görə, Elçin Behbudov qəflətən dünyasını dəyişib: “Mərhum heç bir xəsətəlikdən əziyyət çəkmirdi. Hansısa xəstəxanaya da yerləşdirilməmişdi. Səhhəti də çox yaxşı idi. Dünyasını dəyişməsi də qəflətən oldu. Dünən gecə saat 01.00-də gözləmədiyimiz halda vəfat etdi. Mərhum Bakıda, Yasamal rayon qəbiristanlığında torpağa tapşırılacaq”.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir