Yazı İçi 468×60

elchinbehbudovxeberfvbv2İşgəncələrə Qarşı Azərbaycan Komitəsi fəaliyyətini dayandırmayacaq.

Bu haqda komitənin mərhum sədri Elçin Behbudovun həyat yoldaşı Elmira Behbudova məlumat verib.

O qeyd edib ki, mərhumun qırx mərasimindən sonra komitənin fəaliyyəti bərpa olunacaq. Komitə əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.
Onun sözlərinə görə, komitənin yeni sədri özü olacaq.

Qeyd edək ki, E.Behbudova buna qədər sədrin müavini vəzifəsində çalışıb.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi (İQAK) 2002-ci ildə tanınmış alimlər və hüquqşünaslar tərəfindən təsis olunub. 2005-ci ildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən təşkilatın məqsədi insan hüquqlarının müdafiəsini təşkil etmək, işgəncə qurbanlarını aşkar etmək, onları müəyyənləşdirdikdən sonra hüquqi yardım göstərək işgəncə verən güc strukturlarının əməkdaşlarını ifşa etmək, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin və Müdafiə Nazirliyinin tabeçiliyində olan müəssisələrini və orada saxlanılan şəxslərin vəziyyətini monitorinq etməkdir(modern).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 17
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."