!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elçin Mirzəbəyli seçkidə iştirakını dayandırdı

!Reklam – Yazi

imageTanınmış jurnalist, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli 1 noyabr 2015-ci ildə keçiriləcək Milli Məclisə seçkilərdə iştirakını dayandırıb. Bu barədə Aktual.az-ın sualını cavablandıran E.Mirzəbəyli düzgün qərar qəbul etdiyini deyib:

“Seçkidə iştirakımı dayandırdım. Məni Milli Məclisdə görmək istəyən və bunun üçün dəstəyini, dualarını əsirgəməyən hər kəsə dərin minnətdarlığımı bildirirəm. İstər indi, istərsə də bundan sonra keçiriləcək seçkilərdə hər hansı bir statusla iştirak etməməyi düşünürəm. Qənaətimin doğru olduğuna əminəm. Yola davam edən dəyərli dostlarıma FƏRD olaraq bacardığım dəstəyi verəcəyəm. Qərarımın doğru olduğuna qətiyyən şübhə etmirəm.
Bu günədək canım qədər sevdiyim Dövlətimin və ayrılmaz bir parçası olduğum Millətimin adına xələl gətirəcək addım atmamışam. Fədakarlıq mənim qanımda, ruhumdadı! Bütün addımlarımı öz qənaətimə uyğun və inanaraq atmışam. Bundan sonra da eyni fədakarlıqla doğru bildiyim YOLa davam edəcəyəm. İstiqlalı uğrunda gəncliyimi, inkişafı yolunda ömrümün ən gözəl illərini göz qırpmadan fəda etdiyim DÖVLƏTİMDƏN tək istəyim mənə öz təcrübəmdən və bacarığımdan layiqinicə istifadə etmək imkanının tanınmasıdır.
Tanrı Azərbaycanı qorusun!”

Xatırladaq ki, E.Mirzəbəylinin namizədliyi 73 saylı Lənkəran şəhər seçki dairəsindən irəli sürülmüşdü.

www.yenicag.az

601
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv