!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Eldar Mahmudovla bağlı “şifrəli” məlumat – Deputat açıqladı

!Reklam – Yazi

Eldar-MMilli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc  keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun hazırda harda olması ilə bağlı fikirlərini açıqlayıb. Onun sözlərinə görə, keçmiş nazir hazırda ev dustaqlığındadır.
“Belə düşünürəm ki, Eldar Mahmudovun ev dustaqlığı davam edir. Onun yeri kənara, başqa ölkəyə doğru dəyişməyib. O, güclü nəzarət altındadır. Bununla bərabər, Eldar Mahmudovun ətrafındakı keçmişdən gələn qüvvələr hansısa formada ona məlumat sızdırmaları ilə məşğuldurlar. Kimsə, özünün təhlükəsizliyini təmin etmək üçün hardasa şifrəli məlumatlar yerləşdirib və bu vasitə ilə özünü qoruyur. Müxtəlif nazirliklər, orqanlar, dövlətin elitasını özünü müdafiəyə vadar edərkən belə metod əsas iş prinsipi olub. Düşünüblər ki, adamlar hamısı özlərini qorumaqla məşğul olacaq və Eldar Mahmudovun mənəvi, hüquqi, siyasi hakimiyyəti onlar üzərində bərqərar olacaq”.zahid32 (1)

Deputat bildirib ki, Eldar Mahmudovla bağlı atılacaq addımlar dövlət rəhbərliyinin bəlli qərarları ilə bağlıdır.

“Ehtimal edirəm ki, keçmiş MTN şefinin ətrafında olanların və özünün məşğul olduğu cinayətlərin aşkarlanması üçün belə bir yol seçilib. Hər bir halda bu, Eldar Mahmudovun toxunulmazlığından, gücünün olmasından irəli gəlmir”. /Modern.az

www.yenicag.az

704
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv