Eldar Mahmudovun bankları dövləti manatla bağlı sabotaja başladı – FOTOFAKT

Müəllif: Baş Redaktor

Baş Redaktor

agbank222Mərkəzi Bank ABŞ dollarının məzənnəsinin bayram günlərində qalxmayacağını elan etsə də, bir sıra banklar satış qiymətini fantastik qaldırdılar. Valyuta dəyişmə məntəqələrində dollar qıtlığı yaratmaqla yanaşı bır sıra banklar öz rəsmi saytlarında da bunu gizlətmədən etməkdədirlər. Belə ki, “Dəmir Bank”, “AG Bank” və bir sıra digər banklar 1 ABŞ dollarının alışını 1.59 manat olaraq müəyyən etsələr də, satışı 1.80 olaraq, elan etdilər. Yəni, bayram günlərində dollar almaq istəyənlər bu banklar vasitəsilə dolları bu qiymətdən aşağı ala bilmədilər.

Digər banklarda isə qiymət Mərkəzi Bankın qoyduğu kursa müvafiq şəkildə olub.

Qeyd edək ki, hər iki bankın fəaliyyətində Eldar Mahmudov və cinayətkar şəbəkəsinin rolu araşdırılır. Belə ki, “AG Bank” eks nazirin qudası, sabiq millət vəkili Çingiz Əsədullayevə məxsusdur.

“Dəmir Bank”ın İdarə Heyətinin sədri isə Eldar Mahmudovun “kassiri”, ləğv edilən MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun qudası Roman Əmircanovdur.

Xatırladaq ki, hələ bir müddət öncə yayılan məlumatlarda Akif Çovdarovun bandasının, kürəkəni Rəşad Əmircanov və DəmirBank İH sədri Roman Əmircanov vasitəsilə külli miqdarda maliyyə vəsaitini Dəmir Bank vasitəsilə Qafqaz İnkişaf bankının Tiflis fililalına köçürdüyü bildirilirdi.

Yenicag.az

agbank demirbank


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir