www.sinerjipro.net

SinerjiProWide
Reklam

12181877_10206763447677545_353264696_nAzərbaycan Konstitusiyasında millət vəkillərinə biznes fəaliyyəti ilə məşğul olmaq qadağan olunsa da bir çox deputatlar millətin vəkilliyindən daha çox yalnız biznes fəaliyyəti ilə məşğul olurlar.

5 illik deputatlığı dövründə seçicilərini unudub, qazandığı pullarla seçkini “almaq” istəyən biznesmen deputatlardan birinin də Lənkəran şəhər 73 saylı dairənin deputatı Rüfət Quliyev olduğu iddia olunur. Mətləbə keçmədən qeyd edək ki, R.Quliyev bu il 125 deputat arasında ən çox – 93% səslə seçicilərin ən çox narazı qaldığı millət vəkili seçilmişdi. Lənkəranlıların yalnız 5 ildən bir oktyabr ayında gördüyü deputat bu il heç təşviqat vaxtı da seçiciləri ilə görüşməyə ehtiyac duymayıb. Mətbuatda yayılan məlumatlara görə, icra hakimi Taleh Qaraşov tərəfindən 300 000 azn qarşılığında seçkilərdə dəstəklənən Rüfət Quliyev icra başçısına sığınıb. Biz isə millət vəkili olduğu 10 il ərzində gördüyü işlərlə seçicilərinə hesabat verə bilməyən deputatın Lənkəranda qanunsuz özəlləşdirdiyi biznes obyektlərinin siyahi və fotoları ilə hesabat təqdim edirik. Depuatatın ən böyük gəlir obyekti Azərbaycanı tütünlə təmin edən və Eldar Mahmudovla şərik olduğu European Tobacco şirkətidir. Millət vəkilinin paytaxt və xaricdə biznes obyektlərindən başqa demək olar ki, Lənkəranda bütün əhəmiyyətli dövlət obyektlərini özəlləşdirib. Məsələn, Haftuni Çay Fabriki Rüfət Quliyevin əmisi oğlu Rəşid Quliyevin adına özəlləşdirib.

Lənkəran Çay 5 fabrikini isə deputat əmisi Fərman Quliyevin adına keçirib. Eyni məkanda həmdə daha sonra Bakıda satılan Dekorativ Bitkilər istehsalı müəssəsi yaradılıb. Lənkəran şəhərinin ən mərkəzi yerinndə millət vəkilinə məxsus 2 mərtəbəli “Alov” kompleksin bütün Lənkəran tanıyır. Kompleksdə restoran, şirniyyat evi, dönərxana yerləşir. Lənkəranın mərkəzində 9 mərtəbə kimi adlanan binanın 1ci mərtəbəsini tam əhatə edən keçmiş apteki deputat biznes məqsədilə icarəyə verir. Lənkəranın mərkəzində 3 mərtəbəli Mətbəəni isə Rüfət Quliyev sabiq nazir Fərhad Əliyevdən alıb. Hətta seçkilərdə dəstəklənməsi məqsədilə həmin binada hazırda 73 saylı dairə seçki komisiyasının sədri Kərim Heydərova ofis də bağışlayıb. Qeyd edək ki 5 ildən bir səxavətli deputata sədaqətlə xidmət edib digər namizədləri sıxışdıran Kərim Heydərov elə sabiq nazir Fərhad Əliyevin xalası oğludur. Millət vəkilinin regiondakı digər obyektlərinin çoxu isə sinif yoldaşı Şükürov İlham Şirəli oğlunun adındadır. Məhz onun adında Rüfət Quliyevə məxsus Sarı qəsəbəsində Üzümçülük kompleksi və Lənkəran Pivə zavodu (Keçmiş Smeştorg- Qarışıq Mallar zavodu) mövcuddur. Eləcə də deputatın doğulduğu Sütəmurdov kəndində AzerAqua mineral Su Zavodu da vardır. Xatırladaq ki, Azərbaycanda millət vəkilinin bizneslə məşğul olması qanunla qadağandır(Azerinfo.org).

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 385
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."