Yazı İçi 468×60

1445243546_cingiz“Siz məni təəccübləndirdiniz. Mən qalib gəldiyim dairədə seçkilərin nəticələrinin ləğv edilməsindən indi xəbər tuturam”.

Bunu virtualaz.org saytına açıqlamasında deputat Çingiz Əsədullayev deyib.

Onun sözlərinə görə, ona nə MSK-dan, nə də DSK-dan seçkilərin nəticələrinin ləğv edilməsi ilə bağlı heç bir xəbərdarlıq olunmayıb.

* * *17:18

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı müraciətlərə baxılıb.

90 saylı Ağdaş seçki dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyasından qeydə alınmış İlqar Vəliyev və bu dairədən deputatlığa namizədliyi qeydə alınmış Qalib Qarayev MSK-ya müraciət edərək həmin seçki dairəsində səsvermənin nəticələrinin ləğv edilməsini xahiş ediblər.

İclasda bildirilib ki, müraciət ekspert qrupu tərəfindən araşdırılıb və müraciətdə qeyd olunan şikayətlər öz əksini tapıb. Buna görə də MSK 90 saylı Ağdaş seçki dairəsində səsvermənin nəticələrini ləğv edib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd IV çağırış Milli Məclisin deputatı Çingiz Əsədullayevdir (“Trend”).

***

Çingiz Əsədullayevi şoka salan ikinci hadisə isə Müşahidə Şurasının sədri olduğu “Azərqaz Bankda qəfil yoxlamalara başlanılmasıdır. Yenicag.az xəbər verir ki, bu yoxlamalar Eldar Mahmudovun məsələsi ilə bilavasitə bağlıdır. Belə ki, bankda şübhəli hesabların olması barədə rəsmi qurumlarda məlumatlar olub. Güman edilir ki, həmin şübhəli hesablar sabiq nazirə və ya onun yaxınlarına məxsusdur. Və araşdırma qrupu da bunu dəqiqləşdirməyə çalışır.

Məlumatda o da iddia olunur ki, əgər araşdırmaçılar hər hansı bir neqativ hal aşkar edərsə, “Azərqaz” Bankın Müşahidə Şurasının sədri olan Çingiz Əsədullayevi heç də yaxşı perspektiv gözləməyəcək. Onun istintaqa cəlb olunacağı qaçılmaza çevriləcək. Mümkündür ki, onu digər məsələlərdə də ittiham etsinlər.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 16
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."