Eldar Mahmudovun tikinti maqnatları əhaliyə divan tutdular – Türk ortaq dilə gəldi

Eldar Mahmudovun tikinti maqnatları əhaliyə divan tutdular – Türk ortaq dilə gəldi

Müəllif: Baş Redaktor

Baş Redaktor

x13942563_585691434972042_1337884201_n.jpg.pagespeed.ic.JP2zSWHwreMilyonlarla pulların mənimsənildiyi “Sahil-D Kompani” MMC ətrafında qalmaqal bitmir. Tərəflər bir-birlərini ittiham edirlər. Maraqlıdır ki, hər dəfə də yeni isimlər ortaya çıxır. Məsələn, bizim saytda da yayımlanan şikayət ərizələrinə cavab olaraq, İlham Qasımov bildirib ki, “o, ev satmır və satmaqla da məşğul deyil. Çünki SAHİL D-nin direktoru var, onu da Türk ortaqları təyin edib, həmin direktor türk ortaqlarına da tabedir. O ki, qaldı həbsinə, Gülağa Qəmbərov sonradan öz adını və soyadını dəyişdirən (Albert Mixayloviç Urov) “krışası” General Müqəddəs Sultanovun (Azərbaycan Respublikası Baş Prokurorluğunun Təşkilati-Analitik İdarəsinin Rəisi) sifarişi ilə həbs etdirib”.

İ.Qasımov daha sonra qeyd edib ki, “mübahisə də Gülağa Qəmbərovun Müqəddəs Sultanovdan ala bilmədiyi 6.000.000 manatın davasıdır. Çıxış yolunu isə İlham Qasımovu həbs etdirərək malını və mülkünü aldıraraq Gülağa Qəmbərova olan 6.000.000 manat borcunu İlham Qasımova ödətdirmək istəyir. Bunun təsdiqi İlham Qasımovun qeyri-qanuni həbsidir”.

Bəs bu türk ortaqları kimlərdir? Redaksiyamızın elektron ünvanına Qasımovun “türk ortaqlarım” adlandırdığı Mərcan ailəsi adından göndərilən məktubda özlərini zərərçəkən olaraq, elan edirlər. Mərcanlar ailəsinin səlahiyyətli nümayəndəsi Aynur Şıxəliyevanın qələmə aldığı məktubda deyilir ki, 

Bugünlərdə yerli mətbuatda “Sahil-D Kompani” MMC-nin həmtəsisçisi İlham Qasımovun vəkilləri və ailə üzvləri tərəfindən yayılan uydurma və yanlış məlumatlara aydınlıq gətirmək istərdik. Bunun üçün düşünürük ki, uzun illərdir “Sahil-D Kompani” MMC-nin sakinləri və bütün aldadılmış şəxslər üçün qaranlıq qalan hamını “qorxudan” Türk investorlar haqqında açıqlama vermək zamanı gəldi.

2007-ci ildən bu yana artıq 10 ilə yaxınlaşır ki, Türkiyə vətəndaşları olan Mərcan ailəsi üzvləri Hasan Mərcan, Ali Mevlane Mərcan və Əbubəkir Mərcan “Sahil-D Kompani” MMC tərəfindən aldadılmaqdadır. Bu dələduzluqda şirkətin digər 2 həmtəsisçisi həm Sahib İbrahimov və həm də İlham Qasımovun payı olsa da, dələduzluğun daha böyük payı İlham Qasımova və onun əməkdaşlarına aiddir. Çünki İlham Qasımov nəinki Mərcan ailəsi üzvlərini aldatmış, eyni zamanda da onların adından da həm yerli mediada sui-istifadə etdirmiş və həm də “Sahil-D Kompani” MMC-nin F.Bayramov 1156 ünvanında yerləşən 4 binasında mənzil almış Azərbaycan və digər ölkə vətəndaşlarına qarşı da dələduzluq etmişdir. “Əlimizdə olan məlumatlara və sübutlara görə İlham Qasımov və onun adamları nəinki bizləri, hətta yüzlərlə Azərbaycan və digər ölkə vətəndaşlarını da aldatmışlar”- deyə qeyd edir Aynur xanım, Mərcan ailəsinin qanuni nümayəndəsi. Biz bu barədə artıq Prokurorluq orqanlarına, Korrupsiya İdarəsinə, Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevə də müraciət etmişik.

Türklərin mənzilləri üzərində satış meneceri təyin etmiş olduğu və daşınmaz əmlak üzrə mütəxəssis Elnur müəllim isə qeyd edir ki, bu binalarda mənzil satmaq mümkün deyildir. Çünki İlham Qasımov üzündən binalarda vəziyyət bərbad günündədir, yəni ki binaların reputasiyası çox düşmüşdür və bugünkü aşağı qiymətli əmlak bazarında bu binalara təklif edilən qiymət daha da aşağıdır. Həmçinin artıq,bir neçə il bundan əvvəlkindən fərqli olaraq vətəndaşlarımız hər hansı bir mənzil almadan onu tikən şəxs və ya şəxslər və ya şirkətlə bağlı məlumat toplayır və daha sonra müvafiq olarsa öz pullarını oraya investisiya edirlər. Belə olduğu halda isə ölkəmizdə adı bir çox dələduzluq hallarında çəkilən və bugün də belə əməllərə görə həbsdə olan İlham Qasımovun adı keçdiyi yerdən hamı uzaqlaşmaqdadır. Həmçinin, Türkiyə vətəndaşlarına məxsus olan 10 min kvadrat metrdən artıq sahədəki mənzillər ikili və ya üçlü satışa çıxarılmış və hal-hazırda hətta bəzi mənzillərin üzərində bir neçə vətəndaşın məhkəməsi getməkdədir. İnsanlar kimdən nəyi tələb edəcəklərini doğru bilmirlər və buna da səbəb İlham Qasımov və onun əməkdaşlarıdır ki, onlar insanlara mənzillərin türklərin olduğunu və ya ikili mənzilləri Sahib İbrahimovun satdığını deyərək özləri məsuliyyətdən yayınmaq niyyətindədirlər. Bu dələduzlar ya mənzilləri ikinci və daha çox satışa çıxarır və ya da tam ödəmə haqqında maliyyə arayışı əlində olan mənzil sahiblərindən belə külli miqdarda əlavə vəsait tələb edirlər. Vermədikləri təqdirdə isə özlərini məsuliyyətdən uzaq tutaraq həmin bu pulları türklərə verəcəklərini deyirlər. Bugün binalara nəzarət edən, orada yaşayan bir neçə ailədən kommunal xərcləri toplayan şəxslərİlham Qasımovun qohumları və adamlarıdır. Onlar insanları müxtəlif yollarla aldadaraq, onlardan Türklərin adını çəkərək əlavə vəsait tələb edir və bundan sonra özlərindən uydurduqları saxta “təmir müqaviləsi”adıyla insanları növbəti tələyə salmaqdadırlar. Təbii ki, bütün bu addımlardan Mərcan ailəsinin heç xəbəri belə yoxdur və bu illər ərzində Mərcan ailəsinə 1 qəpik belə olsun yatırmış olduqları 4 milyon ABŞ dollar investisiyadan geri verilməmişdir.

Eyni zamanda İlham Qasımov məhkəmələrdə özünə bəraət qazandırmaq üçün Mərcan ailəsinin nüfuzundan və adından sui-istifadə etmişdir. O hər yerdə əslində saxta şəkildə özünün təyin etmiş olduğu Adilağa Hüseynovu “Sahil-D Kompani” MMC-nin direktoru kimi göstərmiş və onun Türkiyə vətəndaşları olan Mərcan ailəsinə çalışdığını bildirmişdir. Hətta Mərcan ailəsinin adından o bugünlərdə öz qohumları və vəkilləri vasitəsiylə Azərbaycanda bir sıra mediada yanlış məlumatlar çap etdirmişdir. Biz bu mediadan xahiş edərdik ki, bir daha hər hansı bir məlumatı dərc etməzdən əvvəl onun doğruluğunu yoxlasınlar.

İlham Qasımov Azərbaycanda hökumətdə bir sıra qurumlarda olan əlaqələri vasitəsi ilə ya dövlət məmurlarına, ya xarici vətəndaşlara və ya digər səhmdarlara təzyiq göstərməkdədir. Hal-hazırda həbsxanada olmasına baxmayaraq o öz çirkli addımlarına davam etməkdədir və mənzillər hələ də satışa çıxarılıb satışlar keçirilməkdə, insanlar öz mənzillərinə buraxılmamaqda, insanlardan türklərin adından əlavə vəsait tələb edilməkdədir.

 

Hal-hazırda da İlham Qasımov Türkiyə vətəndaşları adından sui-istifadə etməkdədir. Biz media nümayəndələrindən xahiş edərdik ki, yazdıqları yazıda diqqətli olsunlar. Çünki Azərbaycan Respunlikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin xarici birbaşa investisiyaları təşviq etdiyi və iqtisadi islahatlar apardığı bir dövrdə xarici investorlara qarşı uzadılan çirkin əllər cəzalandırılacaqdır.

Türkiyəli investorların qanuni nümayəndələri olaraq bildirmək istərdik ki, haqlarını müdafiə etdiyimiz insanlar çox humanist bir ailədir və onlar Azərbaycan və Türkiyə arasında olan əlaqələrə və qardaş millətimizə böyük sayğı hissi duyurlar. Amma eyni zamanda onlara və Azərbaycan vətəndaşlarına qarşı dələduzluq etmiş bütün şəxslərin də cəzalandırılmasını tələb edirlər. Bu məqsədlə onlar sakinlərlə birgə imza toplama kampaniyasına başlamış və bu sənədi rəsmi şəkildə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təqdim etmişlər. Mərcan ailəsi qətiyyən qardaş dövlətin vətəndaşları və elə bu ailənin özü kimi aldadılmış olan mənzil sahibləri ilə üz-üzə gəlmək istəmir və əksinə onlarla birlikdədir və bunu da öz imzalarıyla təsdiq etmişlər.

Türkiyəli investorların mənzillərin satış faktları üzə çıxdıqca biz onların qanuni nümayəndələri olaraq“Sahil-D Kompani” MMC-ni əsas idarə edən İlham Qasımova dəfələrlə müraciətlər etmişdik. Lakın o qalan mənzillərin təhvil verilməsindən yayınmış, satılmış mənzillərdən xəbəri olmaması haqqında məlumat vermişdi. Amma halbuki Türkiyəli investorların adından istifadə edərək o insanlardan külli miqdarda pul mənimsəyirmiş. Buna istinadən İlham Qasımovun tutulmasından sonra onun ailə üzvləri tərəfindən mediada yazılan sözlər ki,“SAHİL-D Kompani” MMC-nin direktoru var”,“onu da Türk ortaqları təyin edib”, “həmin direktor türk ortaqlarına tabedir” ifadələri tam uydurma və yalandır. Çünki Mərcan ailəsi Adil Hüseynov deyə birisini tanımır və bundan əlavə də Məzahir Cəfərovdan sonra artıq 1 ildir ki, İlham Qasımovun qapısını döyüb ondan yeni direktorun təyin edilməsiylə bağlı dəfələrlə tələblər etmişlər. Azərbaycan mediasında İlham Qasımov, onun vəkilləri və qohumları tərəfindən yayılan bu  məlumat Türk ortaqların qəzəblənməsinə səbəb olmuşdur. Məsələnin digər tərəfi də orasındadır ki, bu yazıların nəticəsində yüzlərlə mənzillərini illərdir ki, əldə edə bilməyən, mənzillərinə buraxılmayan, əlavə ödəniş tələb etməsi gərəkir deyilən vətəndaşlar Türk vətəndaşlarından şübhələnir… Halbuki Türkiyəli Mərcan ailəsinin İlham Qasımov və onun dələduz əməkdaşlarının Bakıda “Sahil-D Kompani” MMC şirkəti altında törətdiklərindən xəbərsizdirlər.

Mühüm bir məsələni də diqqətinizə çatdırmaq istərdik ki, bizim müvəkkillərimizin adından sui-istifadə edilməsi tam qanuna ziddir və bunun nəticəsində Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə nota da verilmişdir. Notada açıq şəkildə İlham Qasımovun adı qeyd edilmiş və onun Türk vətəndaşları olan Mərcan ailəsinə qarşı dələduzluqları göstərilmişdir”.

Mövzunu diqqətimizdə saxlayacağıq.

 

Yenicag.az

Manşet, Araşdırma, Özəl, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti