Eldəniz Elgündən Papaya çox önəmli müraciət

Müəllif: Redaktor

Editor

13457764_10208365557809297_1195734730_nTanınmış jurnalist Eldəniz Elgün Roma Papası Fransiskə müraciət yazıb.

Jurnalist Papadan iki günahsız azərbaycanlının həyatını xilas etməyi xahiş edib.

Məktubda deyilir:

“Hörmətli Papa həzrətləri! Həzrəti İsanın dediyi bu sözlərlə başlayıram Sizə müraciətimi: “Siz ancaq sizi sevənləri sevsəniz, bunun kimə nə xeyri olar ki!”

Sizin Roma Papası olaraq insanlara sevgi aşılamağınız Vatikanın dünyada gücünü daha da artırdı. Sevgi və Ümid işığını Roma Papası olaraq 12 günahkarın ayağını öz əllərinizlə yuyub öpəndən sonra daha da gücləndirdiniz. Elə bu ruhla Sizə müraciət edərək, iki günahsız insanın həyatını xilas etməyinizi xahiş edirəm. Bunu yalnız Siz, içi inamla zəngin Roma Papası edə bilər. Söhbət Ermənistanda məhbəsdə inləyən soydaşlarımdan, iki günahsız Azərbaycan vətəndaşından – Şahbaz Quliyev və Diqəm Əsgərovdan gedir.

Adı çəkilən hər iki mülki şəxs 2014-cü il iyulun 11-də hazırda işğal altında olan AzərbaycanIn Kəlbəcər rayonuna keçərək, öz dədə-baba qəbiristanlıqlarını ziyarət etmişdilər. Məhz bu məqamda Ermənistan ordusu tərəfindən girov götürülən hər iki şəxs uzun müddətdir ki, işgəncələr altında saxlanılır. Tək günahları isə budur ki, hər iki şəxs ata-anasının, doğmalarının məzarlarını ziyarət etmək istəyib. Sizcə, hansı dində qəbir ziyarət etmək cinayət sayılıb, cinayət sayılır? Özü də heç bir sərhəd qanununu pozmayaraq, vətəndaşı olduğu öz dövlətinin ərazisində.

Bu günə qədər beynəlxalq təşkilatların çoxsaylı müraciətlərinə baxmayaraq, bu günahsız insanları azad etmək mümkün olmayıb. Yaxın zamanlarda isə Siz onların girov saxlandığı Ermənistana səfər edəcəksiniz. Bilin ki, İrəvan küçələrində addımlayanda hər iki şəxsin imdad dolu baxışları Sizi hər dəqiqə, anbaan izləyəcək, Sizə uzatdıqları əllərindən tutub, o bataqlıqdan çıxarılacaqlarını gözləyəcəklər.

Bu səbəbdən Sizə müraciət edirəm ki, xristian dünyasının bir lideri olaraq hər iki azərbaycanlının, adi, mülki insanın girovluqdan, əsirlikdən azadlığa buraxılmasını tələb edəsiniz. Əminəm ki, bu səfəriniz zamanı iki günahsız insanı ölümdən, girovluqdan azad etsəniz, BÜTÜN İNSANLIQ SİZİN ƏLLƏRİNİZDƏN ÖPƏCƏK.

Tanrı köməyiniz olsun”.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır