Yazı İçi 468×60

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” qrupun ikinci matçında “Roma”ya 1:2 hesabı ilə məğlub olub.

Ağdam klubunun azarkeşi kimi tanınan millət vəkili Aqil Abbas qarşılaşma barədə fikirlərini Yenicağ.az-la bölüşüb.

“Dünən “Qarabağ” qalib gəldi, dədə. Futbolçular içlərindəki xofa, vahiməyə qalib gəldilər. “Roma” Bakıdan qayıdandan sonra bilirsən kiminlə oynayacaq? – “Milan”la…

– “Qarabağ” da “Zirə” ilə…

– “Zirə” yenə komandadı. Ya “Səbail”lə oynayacağıq, ya da “Neftçi” ilə.

– “Neftçi” komanda deyil?

– Deyil də, qardaş. Yəni, zəifdir. Onların çempionatında bilirsən necədi? İkinci yeri tutan komandaların baş məşqçiləri istefa verir. O komandalar yalnız birinci yer uğrunda vuruşurlar. Amma bizdə necədi? Çempionluq uğrunda yalnız iki komanda oynayır. Buna görə də içimizdə bir vahimə vardı. Amma ikinci hissədə “Qarabağ” “Roma”ya oynamağa imkan vermədi. Düzdü, ilk hissədə furbolçularımız həyəcanlıydı, buna görə də Şehiçin səhvindən sonra qapımızda qol gördük. Kişi kimi oynadılar və uduzdular. “Roma”nın bir futbolçusunun qiyməti “Qarabağ”ın 3 illik büdcəsinə bərabərdir. Onlar “F-16”-larla, “S-300” raketləri, ən müasir tanklar və füzələrlə, amma biz “Roma”nın qarşısında ov tüfəngi, beşaçılan və iki dənə “Kalaşnikov”la… İndi bu döyüşü siz təsəvvür edin də.

– Başqa hansı məqamlardan narazı qaldınız?

– 60 min adam ora nəyə yığışmışdı, bircə onu başa düşmədim. Onlar ora nəyə gəlmişdilər? Heç onlar bilmir axı futbol nədir. Elə bil “Leyli-Məcnun”a baxırdılar. Bir türk yazıb ki, komandaları o cür futbol oynayır, amma azarkeşlik mədəniyyəti inkişaf etməyib. Dünən azarkeşlər 12-ci oyunçuya çevrilə bilmədilər.

– Bəs qarşılaşma “Tofiq Bəhramov” adına stadionda keçirilsəydi…

– Orda oynasaydıq, qalib gələcəkdik.

– Bilirik ki, “Qarabağ”ın oyunlarında emosional olursunuz. Ən çox hansı epizod sizi əsəbiləşdirdi?

– Bütün oyun boyu əsəbi oluram. Məni əsəbiləşdirən futbolçuların topu özlərində çox saxlamalarıdır. Çığırıram ki, ayə, topu axşam evinizə aparacaqsan? Bunların hərəsinə bir top vermək lazımdır. Mən futbolun mütəxəssisiyəm. Və özünüz də gördünüz ki, səhv ötürmədən sonra “Roma” qol vurdu. Sən durduğun yerdə topu onlara verdin. Topu saxlamaqla özünü kimə göstərirsən? Sənin kim olduğunu bilirik də.

Emin Səfərov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 6911
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."