Elektroşok cihazı və bıçaqla polisə hücum – Bakıda

Elektroşok cihazı və bıçaqla polisə hücum – Bakıda

Müəllif: Redaktor

Editor

 

polis_21Bakıda polis əməkdaşlarına hücum olub.

Hadisə Təbriz və A.Nemətulla küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, polis əməkdaşları qeyd olunan ərazidə xidmət apararkən 4 nəfər şəxsin ictimai yerdə yüksək səslə, əl-qol hərəkətləri ilə mübahisə etdiklərini görüb özlərini onlara təqdim edərək intizama dəvət ediblər. Həmin şəxslərdən biri, Mingəçevir şəhər sakini 1992-ci il təvəllüdlü Araz Məmmədov üzərindəki elektroşok cihazını çıxararaq polis əməkdaşlarına yönəldib.

Polis əməkdaşları onu və Kürdəmir rayon sakinləri – 1996-cı il təvəllüdlü Kənan Vəliyevi, 1990-cı il təvəllüdlü Fərahim Süleymanovu və Ağcabədi rayon sakini 1990-ci il təvəllüdlü Namiq İsmayılovu polisin qanuni tələbinə riayət etməyə dəvət etdikdə A.Məmmədov bu dəfə üzərində olan bıçaqla qanun qoruyucularına hücüm edərək xəsarət yetirməyə cəhd göstərib.

Hər iki hücumun qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Sonradan məlum olub ki, dörd nəfərdən A.Məmmədov və F.Süleymanov əvvəllər məhkum olunmuş şəxslərdir. Onların hamısı tutulub.

Faktla bağlı araşdırma aparılır.(report)

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti