!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ələt-Astara magistralında ağır yol qəzası baş verib-Foto

!Reklam – Yazi

f0cb184400641a718cf6760be43a62caLənkəranda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Hadisə avqustun 25-də saat 11.30 radələrində Ələt-Astara magistralının 188-ci kilometrliyində, yolun rayonun Liman şəhərindən keçən hissəsində qeydə alınıb. Lənkəranın Liman şəhər sakini, 43 yaşlı Mahir Quliyevin idarə etdiyi yük maşını sərt döngədə idarəetməni itirərək aşıb. Nəticədə maşındakı çınqılın magistral yola dağılması nəqliyyat vasitələrinin hərəkətini yarım saatadək iflic edib. Həmçinin maşının sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Hadisə yerinə dərhal ağır texnika cəlb olunub, yol təmizləndikdən sonra maşınların hərəkəti bərpa olunub.

İlkin versiya kimi yük maşınının aşmasına arxa yan təkərin partlaması səbəb göstərilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

www.yenicag.az

1060
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv