Ələt-Astara magistralında mikroavtobus aşıb: yaralananlar var

Müəllif: Redaktor

Editor

Meyit-hadiseƏlət-Astara magistralında mikroavtobus aşıb.

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə magistralın 157-ci kilometrliyində, Masallı rayonunun Təzəalvadı kəndi ərazisində qeydə alınıb.

İdarəetməni itirən mikroavtobus yolun kənarına aşıb.

Nəticədə müxtəlif bədən xəsarətləri alan 6 sərnişin Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Mikroavtobusda sıxılmış vəziyyətdə qalan sərnişinlər çıxarılıb.

Faktla bağlı araşdırma gedir.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır