Yazı İçi 468×60

eli-abbasovDünən prezidentin sərəncamı ilə vəzifəsindən azad edilən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bu gün yenidən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Mənbənin verdiyi məlumata görə, sabiq nazirin istintaqı artıq 4 saatdan çoxdur davam edir.

Qeyd edək ki, Əli Abbasov istintaqa ilk dəfə deyil çağırılır. Onu bundan əvvəl də ifadə verməyə çağırmışdılar. Səbəb nazirliyin həbs olunmuş aparat rəhbəri Vidadi Zeynalovun sabiq nazirin əleyhinə ifadə verməsi idi.

V.Zeynalovun özü isə “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin keçmiş baş direktoru Beytulla Hüseynovun ifadəsi əsasında həbs edilib. Beytulla Hüseynov da öz növbəsində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur.

Xəbər verdiyimiz kimi, Əli Abbasov bundan əvvəlki istintaq zamanı özünə qarşı bütün ittihamları rədd edərək Eldar Mahmudovun əleyhinə ifadə vermişdi.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 18
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."