www.sinerjipro.net

SinerjiProWide
Reklam

 

1446784533_01Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov ötən həftənin cümə günü Baş Prokurorluğa dəvət olunub. Bu barədə JAM.AZ-ın yaydığı məlumatda deyilir ki, Həsənovun Baş Prokurorluğa dəvət edilməsinin səbəbi MTN işi ilə əlaqəli olub. İddialara görə, komitə sədri istintaqçılara sabiq nazir Eldar Mahmudovla əlaqələri və digər mətləblərlə bağlı ifadə verib. Bir neçə saat dindirilmədən sonra sərbəst buraxılıb. Və xəbərdarlıq edilib ki, istintaq dönəmində yenidən dəvət oluna bilər.

Qaynaq onu da bildirib ki, Kərəm Həsənovla birlikdə istintaqa dəvət olunanlar sırasında, həmçinin Dövlət Reyster Xidmətinin rəhbəri Məhəmməd İmanov da olub. Onun da ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Xatırladaq ki, Kərəm Həsənov və Məhəmməd İmanovun MTN-lə ciddi əlaqələrə malik olmasına dair xeyli məlumatlar yayılıb. Belə ki, komitə sədrinin sabiq nazir Eldar Mahmudovla şərikli biznesinin olması, qardaşı Malik Həsənovun keçmiş MTN şefi tərəfindən 2010-cu ildə deputat seçilməsi, habelə digər qardaşı Şahin Həsənovun MTN-də şöbə rəisi təyin edilməsi, eyni zamanda qudasının da MTN-də Baş İdarələrdən birinin rəisi müavini olduğu artıq təsdiqini tapıb.

Məhəmməd İmanova gəldikdə isə onun MTN-in İstintaq Baş İdarəsinin rəis müavini Babatovla yaxın əlaqələrə malik olduğu da gizli olmayan məsələlərdəndir. Həmçinin İmanovla Həsənovun MTN-ə sahibkarların əmlakları barədə geniş məlumatlar verdiyinə dair də iddialar var.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 44
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."