www.sinerjipro.net

SinerjiProWide
Reklam

238524Bir neçə gün əvvəl rabitə və yüksək texnologiyalar naziri postundan kənarlaşdırılan Əli Abbasov Dövlət İqtisad Universitetindəki vəzifəsindən də uzaqlaşdırılıb. Bu barədə Qaynar.info-ya universitetdəki mənbədən bildirilib.

Mənbə xatırladıb ki, Əli Abbasov 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olub: “O nazir vəzifəsinə məhz rektor poostundan gətirilib. Nazir ikən Dövlət İqtisad Universitetinin “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının müdiri vəzifəsini də yerinə yetirib. Dünən nazir postundan azad edildikdən sonra bu gün səhər saatlarında kafedra müdirliyindən kənarlaşdırılmasına da qərar verilib. Qərarın gələn həftənin birinci, ya da ikinci günü rəsmiləşdirilməsi gözlənilir”.

 

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 17
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."