!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əli bəy Hüseynzadənin şəxsi əşyalarının təqdimatı - FOTOREPORTAJ

!Reklam – Yazi

Ötən gün Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə Muzey Mərkəzinin akt zalında Əli bəy Hüseynzadənin şəxsi əşyalarının təqdimatı keçirilib.

Yenicag.az xəbər verir ki, təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, millət vəkili Qənirə Paşayeva, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və bir sıra ictimai xadimlər iştirak ediblər.

Çıxış üçün söz verilən Əbülfəs Qarayev Əli bəy Hüseynzadənin əsərlərinin Azərbaycana qaytarılmasına görə Türkiyəyə minnətdarlığını bildirib. Bundan başqa nazir Hüseynzadənin azərbaycançılıq və türkçülük ideyasına nə qədər önəm verdiyindən də söz açıb.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da Əli bəy Hüseynzadənin arxivinin Azərbaycana gətirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Səfir ədibin Türkiyənin həyatında böyük rol oynadığını, Cümhuriyyətin qurulmasında danılmaz xidmətləri olduğunu söyləyib.

Sonra Əli bəy Hüseynzadənin Türkiyədə yaşayan qızı Feyzavər xanımla video-bağlantı yaradılıb. Səhhəti ilə bağlı təqdimatda iştirak edə bilməyən ədibin qızı, iştirakçılara təşəkkürünü bildirib. Fevzavər xanımın xahişi ilə Əbülfəs Qarayev tərəfindən onun nümayəndəsinə Azərbaycan bayrağı təqdim olunub.

Sonda isə xalq artisti Azərin “Çırpınırdı, Qara dəniz” mahnısını səsləndirib.

Emin Səfərov
Fotolar: Cəmalə Əlizadə
Yenicag.az

www.yenicag.az

1298
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv