!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əli Əliyevin “Əlli dörd gün erməni mühasirəsində“ kitabı təkrar nəşr edilib

!Reklam – Yazi

nerdd

Keçirdiyi avtomobil qəzası nəticəsində ağır kəllə-beyin travması alan və yeddi aydır komada olan yazıçı-publisist Əli Əliyevin “Əlli dörd gün erməni mühasirəsində” kitabı təkrar nəşr edilib. Sentyabrın 9-10-da paytaxtda, Dənizkənarı Milli Parkdakı “Park Bulvar” ticarət mərkəzində kitabın satış aksiyası həyata keçiriləcək. Kitabın satışından toplanacaq vəsait bütünlüklə Əli Əliyevin müalicəsinə sərf ediləcək, müəllifin hazırda müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın hesabına köçürüləcək. Qeyd edək ki, Əli Əliyev həmin xəstəxananın reanimasiya şöbəsindədir. Əli Əliyevi bu il fevralın 14-də Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonunda məskunlaşmış kəndlisinin hüzr mərasiminə gedərkən, “Koroğlu” metrostansiyası yaxınlığında yolu piyada keçdiyi vaxt avtomobil vurub. Əli Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşən ziyalılardan biridir. O, 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. 1992-ci ilə, Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Hazırda təqaüdçüdür. Ailəlidir. Altı övladı var.

www.yenicag.az

624
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv