Əli Həsənov: “Gənclər siyasətinin formalaşması Heydər Əliyevin adı ilə bağlıdır”

Müəllif: Redaktor

Editor

elihesenov“Azərbaycanda gənclər siyasətinin formalaşması da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır”.

Yeniçağ.Az-ın məlumatına görə, bu fikirlər Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Onun sözlərinə görə, dövlətlərdə siyasi təlatümlər məhz gənclərin iştirakı ilə baş tutur:

“1990- cı illərin əvvəllərində də gənclərin bu və ya digər hadisələrdəki iştirakını hər kəs yaxşı xatırlayır. Bu səbəbdən də ümummilli lider ikinci dəfə hakimiyyətə gəldikdən sonra ilk olaraq gənclərlə bağlı addımlar atdı. Hətta ilk yaradılan nazirliklərdən biri də Gənclər və İdman Nazirliyi olub. İndiyədək gənclər siyasəti çərçivəsində 19 milyon maddi vəsait xərclənib və biz bu gün bunun müsbət nəticələrini görürük. Azərbaycan gəncliyində vətənpərvərliyinin formalaşması ilə bağlı bütün resurslardan istifadə edildi və buna nail olundu. Əlbəttə, Azərbaycanda savadlı gənclər olmadan heç nə əldə edə bilməzdik. Aprel döyüşləri gənclərin vətənpərvərliyini ortaya qoydu. İndiki hərbçilərimiz 90- cı illərdə hərcmərclikdə iştirak edib, döyüşdən yayınan bəzi insanlar deyil”.

Bəxtiyar
Yeniçağ.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır