Yazı İçi 468×60

96885Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bir müddət əvvəl Mingəçevirdə polis bölməsində bir gəncin ölümü ilə insanlar arasında yaranan narahatlığa aydınlıq gətirib.

Yenicag.az-ın ans press-ə istinadən məlumatına görə, Əli Həsənov səbəbindən asılı olmayaraq belə bir hadisənin baş verməsini pisləyib. O, həmin hadisənin dövlət başçısının nəzarəti altında olduğunu və araşdırıldığını deyib:

“Bir vətəndaşın onun hüquqlarını müdafiə edən cəmiyyətdə asayişi bərqərar eləyən və asayişin keşiyində duran qurumun ofisində həlak olması, dünyasını dəyişməsi hansı səbəbdən olursa olsun, yaxşı hal deyil. İstər bunun səbəbi polis olsun, istər bunun səbəbi həmin vətəndaşın özü olubdu, istər ehtiyatsızlıqdan olub, istər məsuliyyətsizlikdən olub, istərsə də ortada cinayət faktı var və yaxud yoxdur”.

Dövlət rəsmisi insanların narahatlığını anladığını, lakin bunun ictimai asayişi pozmaq üçün səbəb olmadığını bildirib:

“Təəssüflər olsun ki, bu, hadisə baş verdi. Bu hadisədən narahatlıq da oldu. O cümlədən Mingəçevir şəhər ictimaiyyətinin, mərhumun qohumlarının narazılığı da oldu. Bu narazılıq, əlbəttə, bəri başdan demək olmaz ki, əsassız idi. Amma sadəcə olaraq hər bir insanın narazılığı, narahatlığı şəhərdə ümumi asayişin pozulmasına səbəb olmamalıdı. Digər insanların təhlükəsizliyinə təhdid yaratmamalıdır. Bir hadisənin qarşısını almaq üçün başqa hadisələrə zəmin yaratmamlıdır”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 7
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."