Ads by Google

hightechnic
Ads by Google

74033cea-cdac-49a7-95f4-631b96b6c500Azərbaycan Prezidentinin ictimai- siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun Türkiyədə üç kitabdan ibarət əsəri çapdan çıxıb.

Yenicag.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycanın geosiyasi, geoiqtisadi və geostrateji vəziyyətinin, eləcə də Cənubi Qafqaz regionu və Xəzər-Qara dəniz hövzəsinin müqayisəli şəkildə tədqiq olunduğu üçcildlik əsərdə qeyd edilir ki, dünyanın geosiyasi reallıqlarına və təhlükəsizlik sistemlərinə ən çox təsir göstərən və fərqli xüsusiyyətlər gətirən amillərdən biri də Avrasiyada Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda yeni müstəqillik əldə etmiş dövlətlərin milli inkişaf və təhlükəsizlik sahəsində həyata keçirdikləri geosiyasət hesab olunur.

Əsərin “Cənubi Qafqaz, Xəzər-Qara dəniz hövzəsi və Azərbaycanın geosiyasəti” adlanan birinci cildində Azərbaycanın müasir milli inkişaf strategiyasının mahiyyəti açıqlanır, səciyyəvi cəhətləri, vəzifələri və hədəfləri öyrənilməklə yanaşı, əsas mərhələləri və xarakterik xüsusiyyətləri izah edilir. Bundan əlavə, ölkəmizin geosiyasi statusu, müasir geosiyasi inkişaf xüsusiyyətləri, geosiyasi fəaliyyət kodeksi, eləcə də XXI əsrdə Azərbaycanın qarşısında dayanan əsas geosiyasi vəzifələr və perspektivlər açıqlanır.

Əsərdə müasir beynəlxalq münasibətlər sisteminin xüsusiyyətləri ilə yanaşı, Azərbaycan Respublikasının müasir dünya siyasətində iştirakı məsələləri tədqiq edilir.

Professor Ermənistanın Azərbaycana təcavüzünün araşdırılmasına Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinin təhlili ilə başlayır və elmi mənbələr əsasında ermənilərin Dağlıq Qarabağda, eləcə də tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmasının ayrı-ayrı mərhələləri haqqında geniş məlumat verir. Eyni zamanda, əsərdə erməni millətçilərinin ərazi iddiaları, azərbaycanlılara qarşı müxtəlif vaxtlarda həyata keçirilən terror, etnik təmizləmə və soyqırımı siyasətindən ətraflı bəhs olunur.

Əli Həsənovun Türkiyədə üçcildlik əsəri çapdan çıxıb

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 62
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."