!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əli İnsanov müxalifətin lideri ola biləcəkmi? – Şərhlər

!Reklam – Yazi

AINSAN~1Pənah Hüseyn: “Bu barədə bir şey deyə bilmərəm”

Elman Fəttah: “Müxalifət məgər lider problemi yaşayır?”

Hafiz Hacıyev: “Əli İnsanovun müxalifətin  vahid lideri rolunda çıxış etməsi istisna deyil”

Mətbuatda yazılan məlumatlara görə hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov azadlığa çıxdıqdan sonra müxalifətin vahid lideri ola bilər. Qeyd edək ki, 2005-ci ildən həbs edilərək 11 illik cəza alan Ə. İnsanovun azadlığa çıxmasına 8 aya yaxın vaxt qalır.

Görəsən, müxalifət partiyaları Ə. İnsanovu özlərinin vahid lideri qismində görürlərmi?

Yenicag.az-a açıqlamasında AXP sədri Pənah Hüseyn suala nə “hə”, nə də “yox” demədi: “Əli müəllim hələ həbsdən çıxmayıb. Hər halda 11 il ərzində onun həbsdə olması da hesab edirəm doğru deyil. Əli müəllimin siyasətlə məşğul olub-olmayacağı öz işidir. Bu barədə bir şey deyə bilmərəm”.

Müsavat Partiyası başqanının müavini Elman Fəttah isə Ə. İnsanovla bağlı məsələyə münasibət bildirərkən müxalifətdə lider probleminin olmadığını dedi: “Başa düşə bilmirəm, Əli İnsanovun siyasi lider olub-olmayacağını mən və yaxud bir başqası niyə müəyyən etməlidir ki? Onu özü müəyyən etməlidir. Bu məsələni şərh etmirəm. Hazırda müxalifətdə kifayət qədər tanınmış siyasətçilər var. Müxalifət məgər lider problemi yaşayır? Ölkədə avtoritarizm var. Bu məsələ müzakirə olunmalıdır. Ondan sonra kimin lider olduğunu seçkilər ortaya qoyacaq”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə bu qənaətdədir ki, Ə. İnsanovun həbsdən azad edildikdən sonra onun müxalifətin lideri olması barədə söylənilən fikirlər reallığa yaxındır: “Siyasi lideri zaman müəyyənləşdirir. Müxalifətin radikal qanadında görünür kadr çatışmamazlığı var və ona görə də bu məsələni ortaya atıb. Əli İnsanov Qərbi azərbaycanlılar tərəfindən təbii sevilən bir insandır. Onun müxalifətin vahid lideri olması barədə yazılanları da Qərbi azərbaycanlıların incik salınmasına əsasən hesablayıblar. 4,5 milyondan artıq Qərbi azərbaycanlı həddindən artıq küskün bir vəziyyətdədirlər. Ona görə də belə fərziyələr irəli sürürlər ki, Əli İnsanov çıxandan sonra müxalifətin lideri ola bilər. Bunu heç kim istisna etmir. Ə.İnsanovun bəzi həqiqətləri söyləməsi insanlar arasında müəyyən rəğbətlə qarşılanır və onun müxalifətin vahid lideri olub-olmayacağını yəqin ki, zaman göstərəcək. Hər halda düşünürəm ki, bu hakimiyyətin içindən çıxan insan olaraq Ə. İnsanova hörmətlə yanaşmaq lazımdır. Ümumiyyətlə milli barışığa getmək gərəkdir. Bilirsiniz ki, müəyyən həbs olunan insanlar siyasi məhbus adı alıb. İstərdim ki, onlar azad edilsin. Hər halda, Ə.İnsanovun elektoratına görə müəyyən qrup və partiyalar onu özlərinə lider kimi görmək istəyər. Partiyamız böyük təşkilatdır, 92 min üzvümüz var. Hər halda Ə. İnsanovla bağlı məsələ zamanında müzakirəyə çıxarılmalıdır.  Amma bir məsələni nəzərə almaq lazımdır ki, müəyyən hakimiyyət daxili qruplaşmalar Qərbi Azərbaycan kökənli 4,5 milyon insanı incik salıblar.  Belədə bu elektorat hər halda müəyyən axtarışdadır. Qərbi Azərbaycandan hökumətdə olanlar da var, lakin onlar 5-6 partiya dəyişən insanlardır və nüfuzları da yoxdur. Bütün hallarda düşünürəm ki, Əli İnsanovun azadlığa çıxdıqdan sonra müxalifətin  vahid lideri rolunda çıxış etməsi reallığa yaxın bir fikirdir”.

ELÇİN

www.yenicag.az

2793
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv