Əli Kərimli gəncləri təhqir etdi – FOTO

Əli Kərimli gəncləri təhqir etdi – FOTO

Müəllif: Redaktor

Baş Redaktor

eli kerimli penreceAXCP sədri Əli Kərimli bu gün ona qarşı etiraz aksiyası keçirən gəncləri təhqdir edib.

AzVision.az xəbər verir ki, Ə.Kərimli Facebook səhifəsində yazdığı statusda onun Qarabağla bağlı səsləndirdiyi bəyanatlara etiraz edən gəncləri `axmaq` adlandıraraq xoşagəlməz ifadələr işlədib.

Qeyd edək ki, bu gün Bakıda ard-arda iki dəfə gənclər tərəfindən AXCP sədri Əli Kərimliyə qarşı etiraz aksiyası keçirilib.

Aksiyaya səbəb AXCP sədrinin cəbhədə baş verən hadisələrlə bağlı dövlətçilik əleyhinə səsləndirdiyi bəyanatlar və onun ermənilərlə əlbir olub Azərbaycana qarşı apardığı çirkin kampaniyadır.

Ölkəmiz üçün həssas məqamda mənfur fikirlərindən əl çəkməyən Əli Kərimli düşmən tərəfinin istinad mənbəyinə çevrilib. Qarşı tərəfin Azərbaycana qarşı başlatdığı informasiya müharibəsində Əli Kərimlinin təxribat dolu fikirləri düşmən KİV-lərinin manşetlərində yer alır. Bu, AXCP sədrinin erməni tərəfi ilə bir cəbhədə olmasının göstəricisidir.

Əli Kərimlinin evi qarşısında toplanan gənclər `Millli satqına ar olsun`, `Oğlun fərarı, özün…`, `Satqınlara aramızda yer yoxdur`, `Əli Kərimli, sən ermənisən`, `Sənin oğlun İngiltərədə, bizim oğullarımız səngərdədir`, `Hərbi bileti olmayan satqın`, `Erməni nokəri`, `Muharibədə olmayan müharibə təbliğatçısı`, `Şəhid qanından istifadə edən şərəfsiz`, `Vətən satqınlarına Azərbaycanda yer yoxdur`, `Əli Kərimliyə ar olsun`, `Milli satqın`, `Erməni tulası`, `Xalq İlham Əliyevin yanındadır` kimi şüarlar səsləndirərək etiraz edərkən Əli Kərimli aksiyanı pəncərə arxasından seyr edib. O, qorxusundan gənclərin qarşısında çıxmayıb.

Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti