Yazı İçi 468×60

nhjh“Əli Kərimli və qoçu dəstəsi bu dəfə də mayanı batırdı. İndi gəl səfirlikdəki, xaricdəki day-daylara hesabat ver, anlat görüm niyə adam yığa bilməmisən? Ağır dərddi həqiqətən. Allah kimsəni bu cür rəzil günə salmasın” – Aktual.az xəbər verir ki, bu fikirləri millət vəkili, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev “Milli Şura” adlanan qurumun dünən keçirdiyi mitinqə münasibət bildirərkən söyləyib.

“Adamın abırı, həyası, sıması olar. Adam bütün həyatı boyunca bir dəfə “padoş”olmaqdan imtina edər, kişi kimi, vicdanla yaşayar. Bu nə rüsvayçılıq, bu nə biabırçılıqdır? Deyir, dindarlarla ateist qardaşlarımız yanaşı dayanıb. Ardınca dindarın ( daha doğrusu missionerin) müraciəti ilə iqtidarı sevənlərə, onun yanında olanlara küfr elətdrir. Bu da təzə hoqqadı? Bu da yeni yöntəmdi?
Ümumiyyətlə siyasətçi nədi, küfr nədi? Siyasətçi nədi, mitinqdə dini bəyənatları bir-birinin ardınca düzmək nədi? Siyasətçi nədi, özünü axırıncı yola qoymaq nədi?

Hətta Amerikada oturub arada öz xorultusuna ayılan Rəsul “abi”niz belə sizi məsxərəyə qoyur. Yaxşı da edir. Daha doğrusu haqq edir. 2013-dəki uğursuzluqdan sonra adam “Milli Şura”nın mitinqini “multfilim” Cəmil Həsənlini isə əbləh adlandırmışdı. Amma yenə də “padoş”simanıza sadiq qalaraq “Azadlıq” qəzetində eks-spikerin bu dəfəki mitinqə dəstək bəyənatını bəh-bəhlə dərc etdiniz. Üzərindən bir gün keçməmiş isə eyni adamdan növbəti tərs şapalağı yediniz. Dedi, itilin müxalifətdən, imkan verin camaat rahat nəfəs alsın. Hələ az deyib. Əcəb olur sizə.

Ata burda dindən moizə deyir, bala Amerikada erməni ilə kompromisə girir. Ata burda hansısa səfirin cibindən yalan vədlərlə pul oğurlayır, bala orda üç kəlməlik sözü pəltək nitqi ilə kağız üzündən oxuyur. Ata burda 23 ildir “lülə qurudur”, bala uzaq qitədə, 23 yaşında yalanın, iftiranın əsaslarını yazır, qrantdan yeyib ölkə adına fərarilik, nadanlıq edir…

Ayıbdır. Gerçəkdən, ayıbdır. Gedin özünüzə iş tapın. Küfrü də ətrafınızdakı 5-10 qaraguruha ünvanlayın. Və Əli Kərimlinin, Cəmil Həsənlinin o əcaib, o məchul, o yaramaz çıxışından sonra bir yeyib, min nəzir verin ki, dünən göydən yerə daş deyil, yağış yağıb” – deyə partiya sədri fikirlərinə davam edib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 25
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."