!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əlilin görən gözünü çıxarın, işlək əlini qoparın, dənizə tökün” - Qarabağ əlilindən Milli Məclisə təklif

!Reklam – Yazi

Azərbaycanda II və III qrup əlillər əmək qabiliyyətli hesab olunacaq. Bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Musa Quliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərdən danışarkən deyib. 

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov deyib ki, Hadi Rəcəbli, Musa Quliyev zaman-zaman sosial problemlər içərisində olan insanlarla bağlı xoşagəlməz “ideyalar” verirlər. Və təəssüflər olsun ki, həmin fikirlər sonradan reallaşır:

“Hadi Rəcəbli Milli Məclisin Sosial siyasət komitəsinin sədri kimi sosial baxımdan əziyyət çəkən insanların hüquqlarını qorumaq əvəzinə onların ziyanına əlindən gələni edir ki, bu tip qərarlar qəbul edilsin. O cümlədən də Musa Quliyev… Onların yaxşı şəraiti, imkanları barədə yazılar həmişə internetdə öz əksini tapır. Neçə-neçə villaları, bahalı maşınları var, elə bilirlər ki, hamı belə yaşayır. Ac elə bilir ki, hamı acdır, tox da elə bilir, hamı toxdur. Belələri zənn edir ki, hamı kef içindədir, eyş-işrətlə məşğul olur. İndi isə əlillərin çörəyinə göz dikiblər. İndi də II və III qrup əlillərlə bağlı məsələnin gündəmə gəlməsi, təhlükəli məqamlardan xəbər verir. Çünki əlillərin əmək qabiliyyətli hesab olunması, onlara verilən pensiyaların kəsilməsi ilə nəticələnəcək. Büdcədəki kəsirləri məcburi köçkünlərin, əlillərin canından çıxartmaq istəyirlər. Musaları, hadıları qabağa veriblər. Onlarınsa əllərindən xalqa və sosial durumu ağır olan insanlara pislik etməkdən başqa bir iş gəlmir.

2014-cü il yanvar ayının 28-də Konstitusiya Məhkəməsinin şəhid ailələri və əlillərə “qanpulu”nun ödənilməsi ilə bağlı qərarı var. Bu məsələ də qısa zamanda öz həllini tapması üçün Milli Məclisə həvalə edilib. Lakin parlament bu məsələdə susur. Millət vəkilləri pensiyalarının, məzuniyyət pullarının qaldırılması ilə bağlı dava edirlər, amma şəhid, əlilin “qanpulu”nu vermirlər. Belə qərarlar ancaq təyin edilən deputatlar tərəfindən səsləndirilə bilər. Sabah parlamentdə desələr ki, əlilin görən gözünü çıxarın, işlək əlini qoparın, dənizə tökün, bundan heç də təəccüblənmərəm. Bunu millət vəkillərindən gözləmək olar”.

BƏXTİYAR
Yeniçağ.az

 

www.yenicag.az

983
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv