Ads by Google

hightechnic
Ads by Google

yennazvisionoqtayAzərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.

Milli Məclisdə keçirilən görüşdə çıxış edən spiker O.Əsədov türkiyəli nazirin Azərbaycana səfərindən məmnun olduğu bildirib.

Son günlər Rusiya ilə Türkiyə arasında mövcud problemlərə toxunan O.Əsədov deyib ki, Azərbaycan Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsindən narahatdır: “Biz iki ölkə arasındakı münasibətlərin düzəlməsi üçün əlimizdən gələni etməyə hazırıq. Azərbaycan bu məsələnin müsbət həlli üçün Rusiya ilə Türkiyə arasında vasitəçilik etməyə hazırdır”. O, naziri yeni hökumətin qurulması münasibəti ilə təbrik edib.

Türkiyəli nazir M.Çavuşoğlu isə Azərbaycanın bu cür mövqeyinə görə spiker Oqtay Əsədova təşəkkür edib: “Türkiyə beynəlxalq hüququn tələblərinə əsaslanan addım atıb. Türkiyə gərginliyin tərəfdarı deyil. Diplomatik yolla bunu dəf edəcəyimizə inanırıq. Eyni mövqeyi Rusiyadan da gözləyirik. Yaxın vaxtlarda gərginliyin azalacağına əminik”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 53
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."