!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əlişir ƏHƏD: Gənclik… Müharibə… Azadlıq…

!Reklam – Yazi

20150804-112900linkBu üç sözün ayrı ayrılıqda ifadə etdikləri mənanı və həyat həqiqətlərini bir çətir altında düşünmək çox çətindir. Amma bunları öz həyatında yaşadan insanlar var və bu insanlardan biri Səfa Poladovdan söz açacam.

Səfa Poladov – gəncliyində müharibəyə atılan, müharibənin sərt dalğasında azadlığını itirən və bu gün 48 yaşını həbsxanada qeyd edən döyüşçü-məhbus…

Azərbaycandan kənarda düşmənə olan qəzəbinə görə cəza alan Ramil Səfərov adlı qəhrəmanımıza görə Azərbaycan bir yumruq kimi birləşdi, hamı bir nəfər kimi ayaqda durdu və Azərbaycan dövlətinin gücü, Azərbaycan Prezidentinin iradəsi ilə Milli Qəhrəmanımızın azadlığına nail olduq. Qəhrəmanımızt Ramil Səfərov düşmən ordunun zabitini döyüşdənkənar vəziyyətdə, milli heysiyyatımızı qoruyaraq öldürdü, xalqdan gərəkən sevgi və dəstəyi gördü.Onun Vətəndə azad olması bizim qürur məqamımızdır. Amma Vətən uğrunda döyüşlərdə silahlı düşmənlərlə vuruşan, dostlarını itirən, çoxsaylı yaralar, kontuziya olanlar 20 ildən artıqdır ki, həbsxanada oturur. XTPD-nin necə döyüşdüyünü unutduqmu, görəsən? Onlar hələ də əfv olunmağa layiq deyillərmi? Ən yeni tariximiz çox ziddiyyətlər yaşadır. O ziddiyyətlərin bu gün də yaşanan məqamlarından biri də müntəzəm ordu dəstələri formalaşmazdan əvvəl zamanın milis işçiləri – XTPD üzvlərinin mühakimə olunmasıdır. Bu məhkumların bir çoxu əfv olunaraq azadlığa çıxıb. Hələ də həbsdə olan və səhhəti ilə bağlı ciddi problemlər yaşayan məhkumlardan biri də Səfa Poladovdur. XTMD əməkdaşlarının ittiham olunduqları 1995-ci ilin mart hadisələri ilə bağlı hazırda cəmi iki nəfər həbsdədir və onlar Qobustan qapalı həbsxanasında cəza çəkir. Bunlar Səfa Poladov, Arif Kazımovdur. Həbs edilərkən Səfa Poladovun 29 yaşı olub. Təsəvvür edin ki, dövlət çevrilişinə cəhd etmiş Surət Hüseynov, torpaqların ermənilərə satılmasında əli olduğuna görə həbs edilmiş Rəhim Qazıyev və Azərbaycanı parçalamaq istəyən Əlikram Hümbətov azadlığa buraxılıb, amma Səfa Poladov hələ də həbsdədirlər. Yəni, onun günahı adlarını çəkdiyimiz vətən xainlərindən dahamı çoxdur ki, azadlığa buraxılmırlar?

Səfa Poladov döyüşçü-məhkum kimi həm də dövlətə və vətənə sədaqətlik göstərib. Ağır məhbus illərində, hətta səhhətinin ən ağır anında belə o ümid və inam nöqtəsi olaraq Azərbaycan Prezidentinə üz tutdu, Azadlığını ölkə rəhbərindən istədi.O rəhbərdən ki, Ramil Səfərovun azadlığı üçün ortaya güc və iradə qoydu, Mübariz İbrahimovun qəhrəmanlığını bütün dünyaya tanıtdı, Azərbaycan bayrağının qürurla dalğalanması üçün hər şey etdi. Bu gün həmin bayraq və dövlət uğrunda savaşa qatılan, siyasi oyunların təsadüfi qurbanı kimi məhkum həyatı yaşayan Səfa Poladov da minlərlə məhbusa sevinc bəxş edən Prezidentə ümidlidir.

Doğum günün mübarək, Səfa qardaşım! Ən yaxında Azadlığına qovuşmaq diləyi ilə…

www.yenicag.az

839
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv