yenicag.az
yenicag.az

Əliyev-Putin-Ruhani Tehranda görüşəcək?

Əliyev-Putin-Ruhani Tehranda görüşəcək?

Müəllif: Redaktor

Editor

05e48ba78aa7263da9ea3646a7b3e“Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşü gələn il Tehranda keçirilə bilər”.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi keçirdiyi mətbuat konfransında deyib. B. Qasımi bildirib ki, üçtərəfli zirvə görüşü ölkələr arasında münasibətlərin daha da inkişafına xidmət edir: “Düşünürəm ki, bu görüşün tərkibi dəyişərək bir neçə ölkə prezidentinin iştirakı ilə təşkil oluna bilər”.

O əlavə edib ki, Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşünün vaxtı və gündəliyi haqqında indidən danışmaq tezdir.

Sözçü ABŞ-da keçirilən prezident seçkiləri və Donald Trampın prezident seçilməsinə dair sualları da cavablandırıb. O, İranın nüvə proqramı üzrə birgə hərtərəfli fəaliyyət planının (BHFP) bir neçə ölkə arasında razılaşdırıldığını xatırladıb: “Müqaviləni BMT də təsdiqləyib. Sadəcə, iki ölkənin əldə etdiyi razılaşma deyil ki, bir tərəf müqaviləni pozsun.

B. Qasımi İranın digər ölkələrlə viza rejimini ləğv etməsinə dair suallara cavabında bildirib ki, indiyədək Ermənistan və Gürcüstanın İran vətəndaşları üçün vizanı ləğv etməsi məsələsi müzakirə olunub. Bununla bağlı razılıqlar əldə edilib.

Dünya, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti