!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əliyev rəqiblərini necə suqsvanq vəziyyətinə saldı? – Ruslan Bəşirli yazdı

!Reklam – Yazi

ilham-eliyev-987Azərbaycanda iqtisadi və siyasi durum yeni nöqtəyə transfer etməkdədir. İqtidarın 25 illik fəaliyyəti endşpil mərhələsinə qədəm basır və idarəçilik yeni müstəviyə transfer etməkdədir. Siyasi elita üçün armaqeddon partiyası başlamaqdadır. Ölkə rəhbəri qandikap metoduna əl ataraq, rəqiblərinə fora verdi və yeni partiyanı iriçaplı məmurlarını qurban verməklə davam etdirdi. Rəqiblər sanki bütün incəlikləri düşünmüşdülər – manatın devalvasiyası, daxili istehsalın olmaması ölkədəki vəziyyəti ağırlaşdıra bilərdi. Ölkə valyutasının məzənnəsinin qeyri-sabitliyi problemlər yaradırdı. Lakin…

ruslan
Ruslan Bəşirli / Avropa.info

Nüfuzlu analitik mərkəzlər neftin ucuzlaşması ehtimalının kifayət qədər yüksək olduğunu proqnozlaşdırırdılar. 2016-cı il üçün neftin 1 baryelinin 50 dollar və daha az olacağı proqnozlaşdırılır. Odur ki, ölkə rəhbəri post-neft dövrünə hazırlığın vacibliyini vurğulayırdı. Dövlət büdcəsində neft sektorunun payının 75 faiz olmasını nəzərə alsaq, neftin ucuzlaşmasının ölkə iqtisadiyyatına birbaşa təsir edəcəyini təxmin etmək olardı.

Belə də oldu və büdcə böhranı, büdcə gəlirlərinin kəskin azalması büdcə kəsirinin artımına gətirib çıxardı. Üstəlik, Azərbaycanda neft hasilatı azalmağa doğru gedir. İstənilən halda neftin ucuzlaşması və qlobal böhranın sərhədlərinin genişlənməsi Azərbaycan iqtisadiyyatı üçün yeni iqtisadi baxışlar tələb edir. Vəziyyətin təhlili onu deməyə əsas verir ki, yaxın zamanda ölkə iqtisadiyyatında manatın möhkəmlənməsinə təsir edəcək ciddi islahatlar həyata keçirilməlidir. Hakim komandada olanların bəziləri isə dövlət başçısının yeni islahatlar paketini sabotaj etməklə məşğul oldular. 6 milyard manatın kredit adı ilə mənimsənilməsi birbaşa prezidentə qarşı xəyanətin göstəricisi idi. Dövlətin ən yüksək pilləsində əyləşən şəxsləri əmin edən Beynəlxalq Bankın sədri Cahangir Hacıyev hakimiyyətin öz təbirincə desək maliyyə xəyanəti etdi və 6 milyard manat dollar dəyişdirilməsinə sərf olundu.

Məmurlar milli valyutadan xilas olmağa, sərvətlərini dollara çevirməyə başladılar. Bununla da, manatın devalvasiyası prossesi surətləndi. C. Hacıyevin yaxın qohumu olan MTN –nin artıq sabiq şefi Eldar Mahmudov da ölkə rəhbərinə xəyanətin əsas fiqurlarından birinə çevrildi.

Bir sözlə, yaranmış vəziyyət ciddi və radikal islahatlar tələb edir. Çıxış yolu özü-özünü tənzimləmək imkanına malik olan liberal iqtisadiyyatı dirçəltməkdən keçir. Bir sözlə, proseslər mittelşpil mərhələsinə transfer edir və ölkə rəhbəri yeni mərhələ üçün yeni komanda formalaşdırır. Göründüyü kimi, maraqlı proseslər yaşanmaqdadır. Dövlət başçısı komandasının yeniləşəcəyi anonsunu verir. Ən diqqətə layiq hal odur ki, bu dəfə yeniləşəcək komandada nə illər boyunca eyni postu tutanlar, nə də ki korrupsiyaya uğramış məmurlardan ibarət olmayacaq. Dövlət başçısı yeni taktikaya üstünlük verir. Onun seçdiyi yeni paradiqmada köhnələrə yer qalmır. Artıq köhnə komandada işləmək həvəsində olan azsaylı simalar mövcuddur. Belə komanda ilə nə təkamüldən, nə də islahatlardan danışmaq mümkün deyil. Belə gedişat isə yüksək təhsilli gənclərin iqtidardan tamamilə əl üzməsi ilə sonuclana bilərdi. Odur ki, prezident komandasını gəncləşdirməyə, gənc kadrları vəzifə ieyarxıyasında irəli çəkməyə başlayıb. Lakin, sədaqət faktoru da əsas məsələdir.

İ. Əliyev rəqiblərinin sabotajını zərərsizləşdirə bildi və onları suqsvanq vəziyyətinə saldı. Lakin, görünən odur ki, ölkə başçısı köhnələrin vəzifələrdən getməsi ilə məsələni yekunlaşdırma fikirində deyil. Prezidentin mesajlarından belə aydın olur ki, ölkə başçısı yeni dövrün tələblərinə cavab verməyən ümumi sistemi bötövlükdə dəyişmək fikirindədir. Bu baxımdan hansısa bir məmurun vəzifədən getməsi problemin tam həlli deyil . Bu səbəbdən də, ciddi və köklü şəkildə kadr islahatları həyata keçirilməsi gözlənilir. Ölkənin siyasi elitası vəziyyəti düzgün şəkildə analiz edərək bilir ki, sistemdə köklü islahatlar aparılmayınca yeni dövr üçün, inkişafa nail olmaq mümkün deyil və dəyişiklik anonsunu elan edir.

Seçkidən dərhal sonra köklü dəyişikliklərin ola biləcəyi ehtimalı çoxdur. Bu zaman siyasi rəqiblərin ekseldsior şansı da əlindən alınıb. Ölkədə ciddi dəyişikliklər baş verməkdədir. Prezident ölkədə ciddi silahatlara başlayır…

Ruslan Bəşirli /Avropa.info/

www.yenicag.az

837
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv