!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əliyevdən Türkiyəyə böyük jest: Bundestaqdakı görüşdən imtina etdi – Video

!Reklam – Yazi

erdoganeliyevjesttAzərbaycan prezidenti İlham Əliyev Almaniya Bundestaqındakı görüşlərdən imtina edib.

Bu barədə “TRT Avaz” telekanalı məlumat yayıb. Məlumata görə, Prezident İlham Əliyev Almaniya səfərinin öncədən müəyyən olunmuş proqramında dəyişiklik edərək Almaniya parlamentindəki görüşlərdən imtina edib. Azərbaycan prezidenti həmçinin, Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun toplantısını da ləğv edib. Bununla da Azərbaycan erməni yalanlarına qarşı Türkiyəyə açıq dəstək verdiyini bir daha bəyan edib.

Xatırladaq ki, Almaniya Bundestaqı cari il iyunun 2-də qondarma erməni soyqırımını təsdiqləyən qətnamə qəbul edib.

Onu da bildirək ki, Azərbaycan prezidenti İlham Əliyev iyunun 6-da Almaniyaya 2 günlük işgüzar səfər edib. O, səfər çərçivəsində kansler Angela Merkellə görüşüb və bir sıra görüşlər həyata keçirib.

 

www.yenicag.az

634
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv