“Elman Rüstəmov belə ağ yalan danışırsa…” – İqtisadçı ekspert

Müəllif: Redaktor

Editor

15401403_834714420005196_609847698_nMərkəzi Bankın sədri Elman Rüstəmovun ötən gün Milli Məclisdə 2017-ci ilin büdcə müzakirələri zamanı çıxışında manatın cəmi 11% ucuzlaşdığını iddia edib.

Yeniçağ.Az xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov bu fikirlərini davam etdirərək, ölkə iqtisadiyyatının öz dayanıqlılığını qoruduğunu deyib:

“Cari ildə 2016-cı ilin əvvəli ilə müqayisədə manat cəmi 11 faiz ucuzlaşıb. Bu ilin yekunlarını nəzərə alsaq, ölkə iqtisadiyyatı qlobal çətinliklərə və yenidən balanslaşdırma proseslərinə baxmayaraq, davamlılıq və dayanıqlıq nümayiş etdirir”. Lakin manatın 2015-ci ilin əvvəlindən etibarən, iki devalvasiya nəticəsində xeyli ucuzlaşdığını nəzərə aldıqda, E.Rüstəmovun bu fikirləri mübahisəli görünür və aydınlaşdırma zərurəti doğurur.

Akif Nəsirli ile ilgili görsel sonucuMövzu ilə bağlı Yeniçağ.Az-a açıqlama verən iqtisadçı Akif Nəsirli bildirib ki, E.Rüstəmovun manatın faktik durumu ilə bağlı reallığa uyğun olmayan fikirlər səsləndirməsi təəssüf doğurur: “Elman Rüstəmovun manatın cəmi 11 faiz ucuzlaşdığı haqqında dedikləri ağ yalandır və onun Milli Məclisin kürsüsündən bu yalanı həqiqət kimi xalqa sırımaq cəhdi yumşaq desək, təəssüf doğurur. Acınacaqlı haldır ki, Azərbaycan hökumətinin bir çox yüksək məqamlıları artıq yalanı çox ustalıqla təqdim etmək vərdişinə yiyələniblər. Manat 2015-ci il fevralın 21-də birinci, həmin il dekabrın 21-də isə ikinci devalvasiyadan sonra təqribən iki dəfə, yəni 100 faiz ucuzlaşıb. Bu ucuzlaşma sadəcə, ABŞ dollarına münasibətdə qeydə alınmayıb. Manat avro, Türkiyə lirəsi, Gürcüstan larisi, hətta Rusiya rubluna nisbətdə dəyər itirib. Manatın ucuzlaşmasının bariz təsdiqi istehlak bazarında qiymətlərin ən azı iki dəfə bahalaşmasıdır. Bundan başqa, ötən həftə işıq və qaz pulunun birinin iki dəfə, digərinin isə 40 faiz qaldırılması da manatın ucuzlaşmasının hökumət səviyyəsində etirafıdır. Belə olan vəziyyətdə, manatın cəmi 11 faiz ucuzlaşdığını iddia etmək absurddan da betər bir haldır. Mən Elman Rüstəmovu çox peşəkar bir maliyyəçi kimi tanıyıram. Ancaq onun Milli Məclisdə belə ağ yalan danışması biabırçılıqdır”.

Yeniçağ.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır