Yazı İçi 468×60

Azərbaycanın tanınmış şahmatçısı Vasif Durarbəylinin atası Sabir Ələkbərov Azərbaycan Şahmat Federasiyası ilə bağlı şikayətini dilə gətirib. S.Ələkbərovun Apasport.az-a bildirdiyinə görə, hazırda ABŞ-da təhsil alan qrossmeysterin gələcək karyerasında ciddi problem yaranıb. Atasının sözlərinə görə, aşağı yaş qruplarında dünya və Avropa çempionu, beynəlxalq turnirlərin qalibi olmasına baxmayaraq, övladı biganəliklə üzləşib. Artıq 25 yaşlı Vasiflə Azərbaycan Şahmat Federasiyası (AŞF) arasında ciddi narazılıqlar yaranıb.

Həmçinin Ələkbərovun sözlərinə görə, Moldova hazırlığı da yarımçıq qalıb və bunda AŞF-nin vitse-prezidenti Faiq Həsənov günahkardır:

“Dedilər ki, məşqçini özünüz tapın. Bunu etdikdən sonra Federasiya prezidenti Elman Rüstəmovun bu sahə üzrə köməkçisi də nə lazımdı edəcəklərini söylədi. 10 günlük hazırlıq üçün bütün məsələləri həll etdik. Bu zaman Həsənov ortaya çıxdı. Məşqçi Viorel Baloqanla əlaqə yaradaraq, çox yüksək məbləğ istədiyini dedi. 1 gün üçün 200 avroya razılaşmışdıq. Moldovada qalmaqla, gündəlik qida xərclərini qrossmeyster tərəfindən ödənilməsini istədi və dedi ki, biz sizə cəmi 2000 avro verəcəyik. Baloqan da “əgər elədirsə, 7 gün məşğul olacam” cavabını verdi. Vasif lazımi kursu tamamlamadı. Bunun üçün məhz həmin 3 gün çatmayıb. Nəticə çıxarın, əvvəl hər şeyi bizə həvalə etdilər. Biz məsələləri həll etdikdən sonra Həsənov dedi ki, guya çox məbləğ demişik və pulu azaltdı”.

Məsələ ilə bağlı AŞF-nin vitse-prezidenti Faiq Həsənovla əlaqə saxladıq. Yeniçağ.az-a danışan qurum rəsmisi şahmatçının atasının dediklərinin yalan olduğunu, bunları özündən uydurduğunu dedi:”Sabir Ələkbərov tamamilə yalan deyir, onun deməyi ilə deyil ki…

Millinin üzvü olmayan heç kimə xaricdən məşqçi tutulmayıb. Amma Sabir müəllimin oğlu Vasif üçün biz bunu etmişik. Moldovadakı məşq üçün ona nə qədər vəsait ayrıldığı dəqiq yadımda olmasa da deyim ki, həmin məbləğin hamısı yolpulu, və məşq üçün xərclənib. Hansısa pulun kəsilməsindən söhbət belə gedə bilməz.

Yaxşı xatırlayıram, Vasif üçün ayrılan xarici məşqçi Baloqan mənə yazdı ki, “Mən Vasiflə 3 gün az məşq edəcəm. Çünki başqa yarışa gedirəm”. Elə buna görə də Vasiflə Baloqan az məşq edib. İndi niyə belə boş-boş danışır?

Əsas milli komandanın üzvü olmayan ikinci adam göstərin ki biz ona xaricdə məşqçi tutmuşuq. Pulu mühasibatdan şahmatçının atası alıb və özü də hesabat verib.

Siz də araşdıra bilərsiniz, heç bir ölkədə ikinci komandaya təqaüd ayırmırlar. Yeganə ölkədir ki, Azərbaycanda ikinci komandaya pul ayrılır. O layiq olduğundan artıq, 1500 manat təqaüd alır. Hansı nailiyyətlərinə görə alır bu pulu? Bundan niyə danışmır?!”

Qeyd edək ki, AŞF-nin prezidenti Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmovdur.

Aygün İlqarqızı

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."