Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Malayziyanın xarici işlər naziri Dato Sri Anifah Aman ilə görüşüb.

Nazirlikdən Yeniçağ.Az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Malayziya arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə olunub. Nazirlər iki ölkə arasında siyasi dialoqun inkişafından, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəkdən məmnunluq ifadə ediblər.

Görüşdə tərəflər yüksək səviyyəli səfərlər və ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi məsələlərinə toxunublar.
Malayziyanın xarici işlər naziri Azərbaycana səfərini və keçirdiyi məhsuldar görüşləri xatırladaraq paytaxt Bakı və Azərbaycanın inkişafının onda yüksək təəssüratlar oyatdığını diqqətə çatdırıb.

İkitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsinə toxunan nazirlər bu istiqamətdə də birgə səylərin artırılmasının vacibliyini qeyd ediblər. İki ölkə arasında ticarət dövriyyəsi və sərmayə qoyuluşunun artırılması, habelə neft-qaz, sənaye, kənd təsərrüfatı, nəqliyyat, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu vurğulayıblar. Enerji sahəsində əməkdaşlıq çərçivəsində Malayziyanın Petronas şirkətinin Azərbaycanda uğurlu fəaliyyəti qeyd olunub.

E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyətə dair həmkarına ətraflı məlumat verdi. O, Malayziyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyi əsasında həllinə dair Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüş zamanı tərəflər həmçinin İƏT gündəliyində duran məsələlər, qarşılıqlı maraq kəsb edən digər beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, E.Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirak etmək məqsədilə Malayziyada səfərdədir.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 11
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."