Yazı İçi 468×60

XİN Elmar Məmmədyarov (3)Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Slovakiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin baş naziri Robert Fiko ilə görüşüb.

Yenicag.az apa-ya istinadən bildirir ki, görüşdə baş nazir Robert Fiko iki ölkə arasındakı əlaqələrin yüksək inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin daha da inkişafına töhfə verdiyini diqqətə çatdırıb.
Azərbaycanın bu ilin 12-28 iyun tarixlərində ilk Avropa oyunlarına ev sahibliyi edəcəyinə sevindiklərini deyən Robert Fiko ölkəsinin bu idman yarışında iştirakına böyük əhəmiyyət verdiyini və Slovakiyanın 100-dən artıq idmançı ilə Avropa oyunlarında iştirak edəcəyini bildirib. O, Azərbaycanın Avropanın enerji təminatında mühüm rol oynadığını qeyd edib.

Elmar Məmmədyarov ölkələr arasında iqtisadi-ticarət, enerji, turizm və humanitar sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün əlverişli imkanların olduğunu qeyd edib və biznes dairələri arasında birbaşa əlaqələrin yaradılmasının və biznes forumlarının keçirilməsinin vacibliyini vurğulayıb. Slovakiyanın enerji tranzitində əlverişli mövqeyə malik olduğunu deyən nazir bu sahədə iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 42
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."