yenicag.az
yenicag.az

Elmar Vəliyevdən böyük SİYASİ SƏHV – İçki məsələsində!

Elmar Vəliyevdən böyük SİYASİ SƏHV – İçki məsələsində!

Müəllif: Baş Redaktor

Baş Redaktor

64868Bu gündən etibarən aksizli malların plastik kartlarla satışı dayandırılıb. Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov AZTV-ə müsahibəsində deyib. Onun sözlərinə görə, sahibkarlar tərəfindən məsələ ilə bağlı Prezident İlham Əliyevə çox saylı müraciətlər olub. Sənədləşmə işləri ilə bağlı Prezident İlham Əliyev aksizli malların, spirtli içkilərin kartla satışı ilə bağlı qərarın icrasının müvəqqəti dayandırılması ilə bağlı tapşırıq verib: “Sənədləşmə ilə bağlı məsələlər var. Həm bizə, həm də Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, cənab Prezidentə çoxsaylı müraciətlər daxil olub ki, bu sənədləşmə işlərinin başa çatdırılmasına müəyyən zaman tələb olunur. Bütün bunları nəzərə alaraq, cənab Prezident həmişəki kimi, yenə də sahibkarlığın inkişafına öz dəstəyini göstərir və tapşırıq verilib ki, bu qaydaların tətbiqi müvəqqəti olaraq dayandırılsın”.

Qeyd edək ki, S.Ələkbərovdan öncə Gəncə şəhər icra hakimiyyəti bu barədə qərar verdiklərini açıqlayıblar.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev spirtli içkilərin satışı ilə bağlı yeni qərar verib.

İH-dən AzNews.az-a daxil olan məlumata görə, tapşırığa müvafiq olaraq bu gündən etibarən iaşə və ticarət obyektlərində tütün məmulatları və spirtli içkilərin satışı nağd və ya nağdsız (kartla) həyata keçirilə bilər.

Bu isə kuryoz hadisədir. Belə ki, bu barədə qərarlar mərkəzi hakimiyyət tərəfindən verilir və ayrı-ayrı bölgələrin müstəqil qərar vermə hüququ yoxdur. Görünən odur ki, Elmar Vəliyev və ya işçiləri Gəncənin də muxtar respublika olduğunu düşünüb.

İnanmaq istəyirik ki, bu icra hakimiyyətindəki naşı əməkdaşların yalnışlığıdır.

Hörmətli Elmar Vəliyevin mövqeyini yayınlaya bilərik.

elmr3223elmar111

Banner, Flaş, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti