Yazı İçi 468×60

elmar-genceElmar Vəliyev daha bir sabiq müavinini icra başçısı təyin etdirmək istəyir

Müstəqim Məmmədovun Tərtərə icra başçısı təyin olunması ilə bu rayonu da öz nəzarətinə keçirən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev başqa bir rayonu da ələ keçirmək üçün qollarını çirmələyib.

Azerinfo.org-a bu barədə məlumat verən mənbənin sözlərinə görə, Yevlaxdakı ikinci kadrını da başçı qoydurmaq istəyir. Bu barədə verilən məlumatda deyilir ki, Yevlax rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Namiq Süleymanovun özü bu barədə danışıb. Bir-iki həftəyə Goranboya başçı gedəcəyini bildirən N.Süleymanov kabinetindəki şəxsi əşyalarını belə toplayıb.

Qeyd edək ki, Elmar Vəliyev öncədən Goranboyu öz nəzarətinə keçirmək istəyir. Müstəqim Məmmədov üçün nəzərdə tutulan rayon da ora idi. Lakin planın “yuxarı”dan dəyişməsi nəticəsində M.Məmmədov Tərtərə göndərildi. Ancaq bu Vəliyevi Goranboyu ələ keçirmək planından vaz keçirmədi. Bu səbəbdən də ciddi-cəhdlə Namiq Süleymanovun icra başçısı olması üçün çalışır.

Məlumatlı şəxs Namiq Süleymanovun hətta yaxınlarına ad günü adı altında ziyafət verərək, bu xəbəri onlarla paylaşdığını bildirib.

Qeyd edək ki, Müstəqim Məmmədovun icra başçısı təyin olunacağı xəbərini ilk dəfə Azerinfo.org saytı yaymışdı.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 44
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."