Ads by Google

hightechnic
Ads by Google

1450436294_13Gəncədə yollar yararsız hala düşüb.

Şəhərin mərkəzində, Təbriz küçəsi və yaxınlıqda yerləşən köhnə Tələbə Poliklinikası ətrafındakı ərazi diqqətdən uzaq qalıb.

Şəhər sakinləri illərdir baxımsız qalan yolların ucbatından əziyyət çəkir:

“Neçə illərdir bu küçədə su və kanalizasiya xətləri dağılıb. Sakinlərin evlərinə su verilən vaxt natəmizlik yaranır. Evlərə verilən su kanalizasiya suları ilə qarışır, antisanitariya baş alıb gedir”.

Ərazidə yaşayan sakinlər dəfələrlə şikayətlə müraciət etsələr də, cavabdeh qurumlar məsələnin köklü həlli əvəzinə lokal xarakterli yamaq vurmaqla “baş aldadırlar”.

Sakinlər qeyd edir ki, bütün komunikasiya xətləri çürüyüb, yararsız hala düşüb.

“Bu gün buradan təmir edirlər, sabah başqa yerdə partlayır. Şəhər rəhbərliyi və müvafiq qurumlar isə problemi kökündən həll etmək əvəzinə, sakinlərə suyun verilmə vaxtını standart 5-6 saatdan 40-45 dəqiqəyə salmaqla kifayətlənirlər. Nəticədə ərazidə yaşayan minlərlə sakin ciddi şəkildə susuzluqdan əziyyət çəkir”.(vizual)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 171
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."